Son xəbərlər

"Bazarda 150-dən çox gübrə satan fiziki və hüquqi şəxslər fəaliyyət göstərir" - Açıqlama

"2020-ci ildə ilk dəfə səyyar satışa başladıq. Buna qədər fermerlər "Aqroservis" ASC-nin anbarlarında növbəyə dururdular. Onların 70%-i xırda fermer olduğu üçün uzaq məsafədən gübrə almaqda maraqlı deyildi. Elə fermerlər var ki, sahələri kiçik olduğu üçün 1 yaxud 2 kisə gübrə almaq lazım idisə, loqistika xərci səbəbindən onu almaqda maraqlı olmurdular ".

Bunu Musavat.com-a “Aqroservis” ASC-nin qurumun İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib. O qeyd edib ki, gübrə istifadə olunmayan kəndlər var idi: "Hədəfimiz bütün kəndlərdə gübrədən istifadəni təşviq etmək idi. Hədəfimizə çatdıq. Kəndlərdə səyyar satış nəticəsində gübrə satan şirkətlər satış nöqtələrini artırdı. Liberallaşma nəticəsində bazarda 150-dən gübrə satan fiziki və hüquqi şəxslər yarandı. Hazırda səyyar satışa da o qədər ehtiyac qalmadı. Demək olar ki, hər böyük kənddə satış nöqtəsi var. Bazarda şirkət çox olduğu üçün rəqabət var".

Aqroservis ASC

© 2020 Aqroservis ASC

Aqroservis ASC