AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


NAZİR HEYDƏR ƏSƏDOV İMİŞLİ VƏ AĞDAŞ RAYONLARINDA FERMER VƏ SAHİBKARLARLA GÖRÜŞÜB

Kənd təsərrüfatı naziri Heydər Əsədov İmişlidə pambıqçılıqda istifadə olunan texnikaların təqdimatında iştirak edib.

29 oktyabr 2015-ci il tarixdə nazir Heydər Əsədov rayon ərazisində müxtəlif əkin sahələrində istifadə edilən müasir çiləmə tipli suvarma sistemi ilə tanış olub.

Sonra kənd təsərrüfatı naziri İmişli rayon MK

NAZİR HEYDƏR ƏSƏDOV İMİŞLİ VƏ AĞDAŞ RAYONLARINDA FERMER VƏ SAHİBKARLARLA GÖRÜŞÜB

T İnnovasiya Mərkəzində “Aqrolizinq” ASC-dən alınan və pambıqçılıqda istifadə olunan müasir kənd təsərrüfatı texnikalarının təqdimatında iştirak edib. Təqdimatda 5,2 milyon manat dəyərində 11 adda 200-ə qədər kənd təsərrüfatı texnikası nümayiş etdirilib.

Nazir Heydər Əsədov pambıqçılıq və digər kənd təsərrüf

atı sahələrində çalışan fermerlərlə görüşüb, onları maraqlandıran məsələlərə aydınlıq gətirib. Nazir ölkə ərazisində qədim

 ənənələrə söykənən pambıqçılığı inkişaf etdirmək üçün dövlət tərəfindən bundan sonra da lazımi köməyin göstəriləcəyini vurğulayıb.

Daha sonra Kənd təsərrüfatı naziri Heydər Əsədov Ağdaş rayonunda fəaliyyət

NAZİR HEYDƏR ƏSƏDOV İMİŞLİ VƏ AĞDAŞ RAYONLARINDA FERMER VƏ SAHİBKARLARLA GÖRÜŞÜB

 göstərən “Türyançay” Fermer Təsərrüfatı MMC-nin müasir tipli heyvandarlıq kompleksi ilə tanış olub.

Bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizdə yeni istehsal sahələri istifadəyə verilir, rayon və kəndlərdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Ağdaş rayonunun Ərəbocağı kəndində fəaliyyət göstərən yeni heyvandarlıq-südçülük kompleksi də belə müəssisələrdən biridir.

Nazir Heydər Əsədov əvvəlcə kompleksdə heyvanların açıq və qapalı yerlərdə saxlanılması şəraiti, onların bəslənilməsi qaydaları ilə maraqlanıb. Sonra fermadakı sağmal inəklərin və buzovların gündəlik qidalanması üçün nəzərdə tutulan yemlər, südün istehsalı və saxlanılması yerləri, silos quyuları və yem anbarı, işçilər üçün yaradılan şəraitlə tanışlıq olub, kompleksin ofis binasına, yeməkxanasına baxış keçirilib.Məlumat verilib ki, kompleksin inşasında “Türyançay” Fermer Təsərrüfatı MMC-nın öz vəsaiti ilə yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən də istifadə olunub. Kompleks sağmal inəklər üçün fermalar, yem təsərrüfatı, avtopark və digər köməkçi sahələrdən ibarətdir. Müəssisə xarici ölkə şirkətlərinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə, sağım, soyutma sistemləri və digər avadanlıqla təchiz edilib. Hazırda kompleksdə 1275 baş cins heyvan bəslənilir ki, bunun 681 başı cins südlük inək, qalanı isə buzovdur. Gələcəkdə sağmal inəklərin sayının 2500 başa çatdırılması nəzərdə tutulur. Kompleks üçün Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindəki əkin sahələri hesabına yem təsərrüfatı da yaradılıb. Bütün aqrotexniki normalara riayət etməklə aparılan növbəli əkin hesabına təsərrüfatda yüksək məhsuldarlığa nail olunur. 

Bunun nəticəsində müəssisənin yemə olan 

tələbatı tam ödənilir. Kompleksdə tətbiq olunan müasir texnologiyanın istifadəsi, cins heyvanların yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədi ilə işçilər üçün xüsusi kurslar təşkil olunub. Heyvandarlıq kompleksinin inkişaf etdirilməsi, gələcəkdə inək və buzovların sayının 6500 başa çatdırılması nəzərdə tutulur. Almaniya, Avstriya və Macarıstandan gətirilən heyvanların hər gün qidalanması üçün silos, yonca, ot, saman, qarğıdalı, arpa və kəpəkdən istifadə olunur. Məlumat verilib ki, ümumilikdə 30 hektar ərazini əhatə edən kompleksdə beş böyük ferma, yem anbarları, işçilər üçün evlər, ikimərtəbəli ofis binası, nasosxana inşa edilib. Ərazidə yardımçı binalar tikilib, ətraf abadlaşdırılıb.

Komplekslə tanışlıqdan sonra nazir Heydər Əsədov görülən işləri yüksək qiymətləndirib. O, heyvandarlıq kompleksinin fəaliyyətinin daha da genişləndirilməsi üçün dövlət tərəfindən lazımi kömək göstəriləcəyini bildirib.

Sonra kənd təsərrüfatı naziri kompleksin iclas zalında Ağdaş və ətraf rayonlardan olan fermerlərlə görüş keçirib, onların təkliflərini dinləyib.

Sonda heyvandarlıq kompleksinə Avropa ölkələrindən daha 4 min baş cins mal-qaranın alınaraq gətirilməsi üçün “Türyançay” Fermer Təsərrüfatı MMC ilə “Aqrolizinq” ASC arasında niyyət protokolu imzalanıb.

NAZİR HEYDƏR ƏSƏDOV İMİŞLİ VƏ AĞDAŞ RAYONLARINDA FERMER VƏ SAHİBKARLARLA GÖRÜŞÜBNAZİR HEYDƏR ƏSƏDOV İMİŞLİ VƏ AĞDAŞ RAYONLARINDA FERMER VƏ SAHİBKARLARLA GÖRÜŞÜB

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений