AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


NAZIR HEYDƏR ƏSƏDOV BMT-NIN KƏND TƏSƏRRÜFATININ İNKIŞAFI ÜZRƏ BEYNƏLXALQ FONDUN (İFAD) NÜMAYƏNDƏ HEYƏTI ILƏ GÖRÜŞMÜŞDÜR

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun  heyəti ilə görüşmüşdür.

Görüşün məqsədi “Heyvandarlıq sektorunun məhsuldarlığı və marketinqinin təkmilləşdirilməsi proqramı” haqqında, Hökumətin gələcək prioritet istiqamətinin müəyyən edilməsi və gələcək tədbirlərə dair qarşılıqlı fikir mübadiləsi aparmaqdan ibarət olmuşdur.

Layihənin həyata keçirilməsinin əsas məqsədi kiçik ailə təsərrüfatlarında heyvandarlığın inkişaf etdrilməsi və kommersiya təcrübələrinin tətbiq edilməsində fermerlərə yardım göstərməklə, heyvandarlıq məhsullarının dəyər zəncirin formalaşdırılması və hədəf ərazilərdə fermerlərin gəlirlərinin artırılmasıdır.

Qonaqları səmimi salamlayan nazir Heydər Əsədov İFAD tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirmiş və bundan sonra da əməkdaşlığın inkişafına önəm verdiyimi bildirmişdir. Azərbaycanda heyvandarlığın inkişafı ilə əlaqədar olaraq son vaxtlar görülmüş işlər, süni mayalama mərkəzinin yaradılması, süni mayalama yolu ilə hər buzova görə 100 manat məbləğində subsidiyanın verilməsi, heyvandarlıqda seleksiya-damazlıq işlərinin aparılması barədə geniş məlumat vermişdir.

Nazir layihələrin hazırlanmasında və prioritetlərin müəyyənləşdirilməsində son dövrlərdə əldə olunmuş nəticələrin nəzərə alınmasının zəruri olduğunu qeyd etmişdir.

İFAD-ın Yaxın Şərq, Şimali Afrika və Avropa  üzrə bölmə direktoru xanım Xalida Bouzer səmimi qəbula görə minnətdarlığını bildirərək Azərbaycanla İFAD arasında ikitərəfli sıx əməkdaşlıq əlaqələrinin olduğunu və bu əlaqələrin dostluq səviyyəsinə yüksəldiyini, yeni layihələrin həyata keçirilməsinə daim dəstək verəcəyini qeyd etmişdir. 

Daha sonra layihənin təqdimatı keçirilmiş, geniş müzakirələr aparılmışdır.

Nazir Heydər Əsədov layihənin daha da təkmilləşdirilməsi məqsədilə öz tövsiyələrini vermişdir.

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений