AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında müqavilə imzalanıb.

30.06.2015. Bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında “Kənd Ərazilərində Yaşayan Qadınların Kəndin Davamlı İnkişafının Sosial-iqtisadi və Gender Aspektləri üzrə İmkanlarının Artırılmasına Dəstək” layihəsi ilə bağlı müqavilə imzalanıb. Layihə sənədini Azərbaycan tərəfindən Kənd Təsərrüfatı naziri Heydər Əsədov, FAO tərəfindən Azərbaycan üzrə Nümayəndə Mustafa İmir imzalayıb.

FAO-Türkiyə Əməkdaşlıq Proqramı çərçivəsində maliyyələşən və Azərbaycanda və Türkiyədə həyata keçiriləcək bu layihənin əsas məqsədi təbii sərvətlərin düzgün və vahid şəkildə idarə edilməsinin təmin olunması və kənd ərazilərində yaşayan qadınların ehtiyaclarına xidmət etməklə seçilmiş pilot ərazilərdə yaşayan kənd qadınlarının imkanlarının artırılmasından ibarətdir. Türkiyə və Azərbaycan qonşu və qardaş ölkələrdir, hökumət və özəl sektorun müxtəlif sahələrində yaxşı münasibətlərə və əməkdaşlığa malikdirlər. Hazırkı layihə, həmçinin, iki ölkə arasında bu münasibətlərin və əməkdaşlığın səmərəliliyinin daha da artırılmasına öz töhfəsini verəcəkdir.

Layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin kənd qadınları üçün təlim və məsləhət xidmətlərinin göstərilməsi ilə əlaqədar imkanların artırılması, hər iki ölkənin pilot əyalətlərində yaşayan kənd qadınları üçün ehtiyaclara uyğun təlimlərin keçirilməsi vasitəsilə onların potensialının yüksəldilməsi, Türkiyə və Azərbaycanın Kənd Təsərrüfatı Nazirlikləri arasında əlaqələrin gücləndirilməsi, ən yaxşı təcrübələrin mübadiləsinin aparılması, o cümlədən aparıcı qadın fermerlərin bu ölkələrə qarşılıqlı tanışlıq səfəri, layihə və onun nəticələri barədə ictimaiyyətin məlumatlandırılması kimi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

İmzalanma mərasimi zamanı FAO ilə Azərbaycan Hökuməti arasında yaradılmış uğurlu əməkdaşlıq əlaqələri, Təşkilat tərəfindən Azərbaycanda həyata keçirilən proqram və layihələrin ölkədə kənd təsərrüfatı sektorunun modernləşdirilməsi və davamlı inkişafında verdiyi töhfələr ətrafında müzakirələr aparılmış, əməkdaşlıq  əlaqələrinin daha da gücləndirilməsinin zəruriliyi vurğulanmışdır.

Xəbərlər
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
2019-09-13
Şəmkirdə mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений