AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


“Astaraçay” MMC-nin Çay fabrikinin açılışı olmuşdur

 

İyunun 25-də “Astaraçay” MMC-nin Çay emalı fabrikinin açılış mərasimi keçirilmişdir. Mərasimdə AzərbaycanRespublikası

nın kənd təsərrüf

atı naziri Heydər Əsədov və digər rəsmi şəxslər iştirak etmişlər. Onlar əvvəlcə “Astaraçay” MMC-yə məxsus çay və çəltik sahələrinə baş çəkmişlər. Qonaqlara Azərbaycanda kənd təsərrüfatının ənənəvi sahələrindən olan çayçılığın inkişaf tarixi, sovet dövründə və sonralar Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkənin cənub bölgəsində bu istiqamətdə həyata keçirilmiş tədbirlər haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, respublikamızda çayçılığın inkişafında daim mühüm rol oynamış Astara əməkçiləri bu gün də bu strateji sahənin zəngin ənənələrini davam etdirirlər. “Astaraçay” kənd təsərrüfatı müəssisəsi 2010-cu ildə 

yaradılıb. Kənd təsərrüfatının müxtəlif sahələri, ən əsası isə çayçılıqla məşğul olur. Ümumi əkin sahəsi 640 hektardır. Hazırda təsərrüfatda 400 hektara yaxın çay plantasiyası mövcuddur. Sahələrdə müasir suvarma şəbəkəsi qurulub. Əkilən “Kolxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb gətirilib və yerli şəraitə uyğunlaşdırılıb. Müəssisə əsasən çayçılıq üzrə ixtisaslaşsa da,  Azərbaycan kənd təsərrüfatının qədim sahələrindən olan çəltikçiliklə də məşğul olur. Ötən il ilk dəfə olaraq 20 hektar sahədə səpmə üsulu ilə çəltik əkilib. Əkini Türkiyənin Ədirnə şəhərinin Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun çəltikçilik bölməsinin elmi işçiləri azərbaycanlı  mütəxəssislərlə birgə həyata keçiriblər. Yerli “Haşımi” sortu ilə yanaşı, İtaliyadan gətirilmiş məhsuldar sortlardan da istifadə edilib. Çəltik sahələrindən 102 ton məhsul toplanıb və orta məhsuldarlıq 51 sentner təşkil edib. Cari ildə 120 hektara yaxın sahənin hazırlanması planlaşdırılır. Bunun üçün xüsusi texnika da alınıb. Artıq 100 ha yaxın sahədə çəltik səpilmişdir. Eyni zamanda gündəlik istehsal gücü 10 ton olan və 3 qurutma aqreqatı ilə təchiz olunmuş düyü dəyirmanı əsaslı təmir olunaraq istismara verilmişdir.

 

Sonra mərasim iştirakçıları “Astaraçay” MMC-nin inşa etdiyi Çay fabrikinə gəlmişlər. Rəmzi düymə ilə müəssisə işə salınmış, fabrikə ilk yaşıl çayın qəbuluna başlanılmışdır. Mərasim içtirakçıları Çay fabrikinin ərazisi və istehsal prosesləri ilə tanış olmuşlar. Qeyd olunmuşdur ki, fabrik Koreya Respublikası şirkətinin layihəsi əsasında tikilib. 5 hektar əraziyə malik olan müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 24 tona çatdırmaq nəzərdə tutulur. Qonaqlara fabrikin istehsal texnologiyaları, çay emalının soluxma, qurutma, burma, fermentləmə, sortlaşdırma prosesləri haqqında məlumat verilmişdir.  Müasir standartlar səviyyəsində qurulmuş çəkici-bükücü sexdə çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür.

Qonaqlar “Astaraçay” MMC-nin ofis binasının da açılışında iştirak et

miş, binaya baxış keçirmişlər. Mərasim iştirakçıları Çay muzeyi, dequstasiya zalı və Çay evi ilə tanış olmuşlar.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений