AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Qax rayonunda zona müşavirəsi keçirilmişdir

2015-ci ilin iyun ayının 18-də Qax rayonunda  heyvandarlıq sahəsində prioritetlərin müəyyən edilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə  zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinə edilməsi, arıxanaların qeydiyyatının aparılması və məlumatların elektron bazasının yaradılması, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan  heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirəsi keçirilmişdir.    

 

Zona müşavirəsində Qax, Balakən, Şəki və Zaqatala rayonlarından heyvandarlıqla məşğul olan fermerlər, süni mayalama mütəxəssisləri, heyvandarlıq  mütəxəssisləri, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslər iştirak etmişdir.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək, 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı qarşıda duran vəzifələrdən, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yollarından, yem istehsalının tələbata uyğun təşkilindən,heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalardan, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkilindən və arıçılığın daha da inkişaf etdirilməsindən ətraflı məlumat

 verdi.

Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat, Baytarlıq Elmi-Tədqiqat, Yemçilik, Çəmənçilik və Otlaqlar Elmi-Tədqiqat institutlarının və Göygöl Süni Mayalama Mərkəzinin direktorlarının heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinə dair təqdimatları və  çıxışları oldu.

Tədbirdə fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı  cavab verildi və qarşılıqlı fikir mübadiləsi aparıldı.  

Zona müşavirəsinin sonunda  yüksək məhsuldar heyvan saxlayan kiçik həcmli ailə təsərrüfatlarında və  peşəkar arıçılıq təsərrüfatında  qabaqcıl təcrübənin nümayişi təşkil edildi.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений