AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


“Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında Gəncə istehsalı olan 23 ədəd “Belarus” tipli traktorun təqdimat mərasimi keçirilmişdir.

01.06.2015. Bu gün “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında Gəncə istehsalı olan 23 ədəd “Belarus” tipli traktorun təqdimat mərasimi keçirilmişdir. Tədbirdə respublikanın bütün regionlarından olan fermerler, sahibkarlar, alimlər, mütəxəssislər və nazirliyin müfaviq qurumlarının nümayəndələri iştirak etmişdir.

Tədbir iştirakçılarını səmimi salamlayan “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov öncə kənd təsərrüfatı məhsulu istehsalçılarını 2015-ci ilin “Kənd Təsərrüfatı ili” elan olunması münasibəti ilə təbrik etmiş, Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışmış, xüsusilə ölkə başçısı tərəfindən fermerlərə ayrılmış vəsaitlər hesabına ən müasir Avropa istehsalı olan kənd təsərrüfatı texnikalarının ölkəmizə gətirilərək sahibkarlara verilməsi, texnikaların ilkin dəyərinin 40 faizinin, gübrələrin 70 faizinin dövlət tərəfindən ödənilməsi,  “Aqrolizinq” 

ASC tərəfindən fermer və sahibkarlara göstərilən xidmətlər barədə geniş məlumat verdi.

Yeni traktorlar və kənd təsərrüfatı texnikaları növbədənkənar olaraq Qarabağ müharibə veteranları Quliyev Sadiq Vaqif və Qurbanov Mehman Kamil oğluna, həmçinin şəhid ailələri Şahmərdanov Hacıbala Məmmədəli oğlu və Zeynalov Vaqif İsa oğluna təqdim olundu. Tədbirdə “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov bildirmişdir ki, bu gün texnikaların alınmasında müraciətlər art

ıq online rejimində bir pəncərə prinsipi əsasında həyata keçirilir, həmçinin texnikaların verilməsində yeni üsul – Avtomatlaşdırılmış Elektron İdarəetmə sisteminin işlək mexanizmi ilə tanış olundu və müvafiq məsləhət və tövsiyələr verildi. Elşən Məmmədov güzəştlərin tət

 

biq olunmasının son nəticədə fermerlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına, əhalinin daxili istehsal hesabına ərzaqla təmin olunmasına öz töhvəsini verəcəyini xüsusilə vurğuladı.

Tədbir iştirakçıları Almaniyadan gətirilmiş 66 baş südlük istiqamətli  Hollştin-Friz cinsinin saxlanma şəraiti ilə tanış oldular.Çıxış edən Qarabağ müharibə veteranları və  şəhid ailələri onlara göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений