AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


“Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasında yeni texnikaların təqdimat mərasimi keçirilmişdir

2015-06-01. Bu gün Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasında yeni kənd təsərrüfatı texnikalarının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Rusiya istehsalı olan, modernləşdirilən 21 ədəd “SK-5ME 1”, Belçika istehsalı olan 9 ədəd “NEW HOLLAND”, Almaniya istehsalı olan 7 ədəd “CLAAS”, Finlandiya istehsalı olan 1 ədəd “SAMPO” markalı kombaynın, 6 ədəd kənd təsərrüfatı maşınının, 9 ədəd traktorun, cəmi 53 ədəd yeni, ümumilikdə isə 107 ədəd texnikanın təqdimatı olmuşdur.  

Mütəxəssislər mövcud texnika, onların işləmə prinsipləri barədə ətraflı məlumat veriblər.

Sonra respublikamızın ayrı-ayrı bölgələrindən gələn 45 nəfər hüquqi və fiziki şəxsin iştirakı ilə görüş keçirilib. Nazir Heydər Əsədov bugünkü tədbir

in respublikamızda kənd təsərrüfatı işlərinin ahəngdar gedişi, istehsalçılara mütəmadi olaraq dəstək göstərməsi məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq reallaşdırılan silsilə tədbirlər çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, son vaxtlar respublikamıza minlərlə texnika gətirilib və istehsalçıların bu sahədə ehtiyaclar

n hər cür zəruri şərait yaradılıb.ının ödəməsi üçü

Nazir ölkə başçısının tapşırığı ilə aqrar sektorda çalışan fermerlər və fiziki şəxslərə hərtərəfli dəstək verildiyini vurğulayaraq texnikanı 40 faiz, gübrələrin 70 faiz güzəştlərlə satıldığını diqqətə çatdırıb.

İştirakçıları maraqlandıran və narahat edən sualları cavablandıran nazir verilən texnikanın lazımi ehtiyat hissələri ilə təminatının zəruriliyini diqqətə çatdırıb və istifadə olunan yeni kombayn və digər kənd təsərüfatı maşınlarının işlək mexanizmlərində meydana çıxan qüsurların araşdırılaraq ümumiləşdirilməsi və  bununla əlaqədar operativ tədbirlər görülməsi barədə tapşırıqlar verib.

Nazir işgüzar şəraitdə keşən görüşdə alınan texnikanın dəyərinin vaxtında ödənilməsinin zəruriliyini də diqqətə çatdırıb.

Sonda lizinq yolu ilə 38 nəfər hüquqi və fiziki şəxsə yeni kombayn, 9 nəfərə isə traktorun sənədləri təqdim olunub.

İştirakçılar kənd təsərrüfatı istehsalçılarına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений