AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Bakıda Regional Konsultativ Seminar öz işinə başlamışdır.

23.04.2015-ci il tarixdə Bakıda BMT-ın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən təşkil olunmuş Keçmiş Sovet İttifaqı ölkələrində kənd əhalisinin social müdafiəsi üzrə Regional Konsultativ Seminar öz işinə başlamışdır. Seminarda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Russiya Federasiyası, Tacikistan, Türkmənistan və Ukraynanın mütəxəssisləri, kənd təsərrüfatı nazirliyinin məsul işçiləri və elm sahəsində çalışan  alimlər iştirak edirlər.

Hazırki konsultativ yığıncaq BMT-ın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən təşkil olunmuşdur. Sosial müdafiə, yoxsul təbəqənin qorunmasına yönəldilən siyasətin ən mühüm elementi kimi, geniş  səviyyədə tanınmışdır və FAO social müdafiəni milli strateqiya və tədbirlərə daxil edərək, kənd təsərrüfatının inkişafında və kənd ərarzilərdə yoxsulluğun azaldılmasına yönəldilən məsələlərin həllində hökümət və iştirakçılara yardım etməyə israrlıdır. Bu tədbir keçmiş  Sovet İttifaqı ölkələrində social müdafiə sahəsində islahatlar və bilik əldə etməsində imkan yaratmaq üçün, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi tərəfindən başlanan layihəsinin bir hissəsidir.

Mütəxəssislər, keçmiş Sovet İttifaqı ölkələrində sosial müdafiə islahatlarnda mövcud olan problem və istiqamətlər haqqında müzakirələr aparacaqlar və əsas diqqət yoxsul və zəif əhalinin xüsusi ehtiyacları ilə məşqul olmasında, müvafiq təcrübənin təyin edilməsinə yönəldilmiş xüsusi diqqəti və onların kəndli qadın və kişilərə təsirini nəzərə alınacaqdır.

İclasın nəticələri, regionda yerləşən hökümətlərə yardım edəcəkdir və həmçinin ƏKTT-ın texniki bacarığı olan sahələri və regionda təşkilatın gələcək strategiyasının inkişafı haqqında məlumat veriləcəkdir.  

Azəraycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat Rəhbəri cənab Ilham Bayramov və FAO-nun Azərbaycandakı Nümayəndəsi cənab Mustafa İmir seminarda açılış nitqi ilə çixış etmişlər.

İlham Bayramov seminar iştirakçılarına ölkə rəhbərliyinin aqrar sektora böyük önəm verdiyini, bu sahənin inkişafı ilə bağlı mühüm qərar və sərəncamların qəbul edildiyini, Azərbaycanda kənd əhalisinin social müdafiəsi, kənd ərazilərinin inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi sahəsində Hökumət tərəfindən aparılan siyasət və həyata keçirilən dövlət proqramları barədə ətraflı məlumat vermiş, kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı və dəstəyindən danışmışdır.

Mustafa İmir kənd əhalisinin social müdafiəsi sahəsində FAO tərəfindən üzv ölkələrə göstərilən texniki dəstək, təşkilatın bu istiqamətdə gördüyü işlər barədə məlumat vermişdir.

Seminar iki gün davam edəcəkdir.

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений