AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Nazir Heydər Əsədov Göyçay rayonunda vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Göyçay rayonunda Göyçay, Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarının sakinlərini qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 40 nəfərin müraciətinə baxılıb.

Müraciətlər əsasən fermerlərə güzəştli kreditlərin və subsidiyaların verilməsi, kənd təsərrüfatı torpaqlarının sənədləşdirilməsi, bağlara səpilən dərmanların keyfiyyəti, suvarma sistemindəki vəziyyət, baytarlıq preparatları, subartezian quyularının qazılması, kənd təsərrüfatı texnikasının güzəştli kreditlər hesabına alınması, toxumçuluğun inkişaf etdirilməsi, heyvanlar arasında yaranan xəstəliklərin müalicəsi və işlə təmin edilmə ilə bağlı olub. Qəbul zamanı nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений