AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Nazir müavini Seyfəddin Talıbov Çin Xalq Respublikasının “Poli Teknolocies” şirkətinin vitse-prezidenti Yuy Fuçjenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Çin Xalq Respublikasının “Poli Teknolocies” şirkətinin vitse-prezidenti Yuy Fuçjenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazir müavini Seyfəddin Talıbov ölkə rəhbərliyi tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğıdan söhbət açmış və prioritetlərin həyata keçirilməsi istiqamətində nazirlik tərəfindən görülən işlər barədə geniş məlumat vermişdir. Nazir müavini həmçinin Azərbaycanda Aqroparkların yaradılması, suvarma sistemlərinin quraşdırılması, kənd təsərrüfatı texnikalarının istehsalı üzrə birgə müəssisələrin yaradılması kimi sahələrdə əməkdaşlığın nəzərdən keçirilməsini qarşı tərəfin diqqətinə çatdırmışdır.

“Poli Teknolocies” şirkətinin vitse-prezidenti Yuy Fuçje təmsil etdiyi şirkətin Çində aparıcı yerlərdən birini tutduğunu, infrastruktur layihələrinin həyata keçirilməsi, bərpa olunan enerji sahəsində, həmçinin kənd təsərrüfatı sahəsində geniş təcrübəyə malik olduğunu söyləmişdir.

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений