AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


“Meyvəli” meyvə-tərəvəz logistik mərkəzi istifadəyə verilib

Bu gün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 57 ünvanında “Meyvəli” meyvə-tərəvəz logistik mərkəzi istifadəyə verilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov mərkəzin açılış mərasimində iştirak edib.

Nazir topdan və pərakəndə meyvə satışı talvarlarına, yeni tikilmiş soyuducu anbarlara, inzibati idarəetmə binalarına baxış keçirib və tərəvəz bitkilərinin çeşidlənmə şəraiti ilə tanış olub.

Heydər Əsədov bildirib ki, logistik mərkəz əhalinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək üçün 54 hektardan artıq ərazidə fəaliyyət göstərir. İstehsal olunmuş məhsulların saxlanması, satışı, müxtəlif formalarda ixracı üçün burada hər cür şərait yaradılıb.

Nazir diqqətə çatdırıb ki, gələcəkdə mərkəzin daha da genişləndirilməsi nəzərdə tutulur. Şəhər əhalisinin tələbatının böyük bir hissəsini bu mərkəz ödəyir. İstənilən fermer  logistik mərkəzin  xidmətlərindən yararlana bilər. Bu mərkəz  ölkənin istənilən nöqtəsinə və xaricə yüklərin operativ və maneəsiz çatdırılmasını təmin edir. Qeyd edilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 27-də Bakıda açılan və 5 gün davam edəcək kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına meyvə-tərəvəzin və digər ərzaq mallarının çıxarılmasında bu mərkəz böyük rol oynayacaq.

Daha sonra nazir Heydər Əsədov  Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkasına gələrək burada satıcılar  və alıcılar üçün yaradılmış şəraitlə tanış oldu, məhsulların keyfiyyəti, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlandı.

Heydər Əsədov bildirdi ki, yarmarkadakı qiymətlər bazarlardakından xeyli aşağıdır. Bakıya kifayət qədər kənd təsərrüfatı məhsulları gətirilib. Yarmarkaların məqsədi paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəməkdir.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədilə dekabrın 27-dən 31-dək paytaxtda fasiləsiz olaraq 5 gün müddətində kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları keçirilir.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений