AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Nazir Heydər Əsədov İsmayıllı rayonunda vətəndaşları qəbul etmişdir

Kənd Təsərrüfatı Naziri Heydər Əsədov Ismayıllı rayonunda Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Qəbələ və  Abşeron  rayonlarından  olan  bir  qurup  sakini  qəbul  edib. Nazirliyin  müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda 40 nəfər   vətəndaşın müraciətinə baxılıb.

Qəbulda əsasən təsərrüfat sahələrinin genişləndirilməsi, heyvandarlığın inkişafı, kiçik istehsal sexlərinin açılması üçün güzəştli kreditlərin verilməsi, subartezian quyularının vurulması, istehsal olunan kənd təsərrüfatı məhsullarının alışının dövlət səviyyəsində mərkəzləşdirilmiş qaydada təşkili və bu zaman qiymətləndirməyə nəzarət və sair barədə müraciətlər olunub.

Bir  çox  müraciətlər yerində  həllini  tapıb. Araşdırılma  tələb  edən bəzi   məsələlərin qanunvericiliyə uyğun operativ həlli üçün nazirliyin  müvafiq  strukturlarına konkret tapşırıqlar verilb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq strukturlara göndərilmək üçün qeydiyyata götürülüb.

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений