AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Kənd təsərrüfatı naziri Heydər Əsədov Xaçmazda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
Kənd təsərrüfat naziri Heydər Əsədov noyabrın 7-də Xaçmaz şəhərindəki Tarix Diyarşünaslıq Muzeyində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edib.
Müraciətlərin əksəriyyəti suvarma sistemində yaranan problemlər, subsidiyaların miqdarı, kənd təsərrüfatı texnikalarının güzəştli kreditlər hesabına alınması, toxumçuluğun inkişaf etdirilməsi, texniki  təminat, istehsal etdikləri məhsulların satışında yaranan problemlərin həllinə kömək, kreditlərin verilməsi, heyvanlar arasında yaranan xəstəliklər və işlə təminat ilə bağlı olub.
Qəbul zamanı vətəndaşların qaldırdıqları bir çox məsələlər yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınaraq nəzarətə götürülüb.

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений