AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Nazir Heydər Əsədov iyunun 27-də Samux rayonunda vətəndaşları qəbul etmişdir

 

Kənd təsərufatı naziri Heydər Əsədov  iyunun 27-də Samux rayonunda vətəndaşları qəbul etmişdir. Qəbulda Daşkəsən, Göygol, Yevlax, Goranboy, Xocalı, Kəlbəcər və Samux rayonlarından olan 40-dan atıq vətəndaşın  müraciətinə baxılmışdır.

 Müraicətlər əsasən texnika çatışmazlığı, istehsal olunan məhsulun satılmasında qarşıya çıxan problemlər, suvarma artezian quyularının bərpa olunması, mineral gübrələrin qiymətlərinin aşağı salınması, kənd təsərufatı sahələrin genişləndirliməsi üçün güzəştli kreditlərin verilməsi, fərdi yaşayış evlərinin tikilməsi üçün həyətyanı torpaqların ayrılması və s.  ilə bağlı  olmuşdur.

Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləmişdir. Müraciətlərin bir çoxu yerində həll olunmuş, qaldırılan məsələlərin qanunvericiliyə uyğun və mümkün qədər qısa müddətdə həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Qəbulda iştirak edən Daşkəsən fermerləri nəsli kəsilməkdə olan arıların suni mayalama yolu ilə artırılması məsələsini nazirin diqqətinə çatdırmışlar. Nazir Heydər Əsədov bu məsələnin həlli üçün yerindəcə tapşırıq vermişdir.

Nazir  problemlərə baxmayaraq artıq ölkədə kənd təsərufatı sahəsinin inkişaf etdirilməsi üçün müəyyən işlər görüldüyünü və bunun üçün mühüm addımlar atıldığını da açıqlamışdır.  

Görüşdən öncə Nazir Heydər Əsədov “Aqrolizinq” ASC-nin Gəncə Rayonlararası Təchizat bazasında 52 fermerə yeni Belorus tipli traktorların açarlarını və sənədlərini təqdim etmişdir. Fermerlərlə söhbət zamanı nazir onları narahat edən problemlərin diqqət mərkəzində olduğunu və Nazirliyin bütün strukturlarının bu problemlərin həlli istiqamətində daim çalışdığını söyləmişdir. Eyni zamanda Nazir Heydər Əsədov subsidiya alan şəxslərin siyahısının artıq nazirliyin internet saytında yerləşdirildiyini və fermerlərdən bu siyahılar ilə tanış olub öz fikirlərini nazirliyin qaynar xəttinə (1652) çatdırmalarını xahiş etmişdir.

Tədbir iştirakçıları Prezident İlham Əliyevə onlara göstərilən qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildirmişlər.

Qəbuldan sonra nazir Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin Samux Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının təməlqoyma mərasimində iştirak etmişdir.

Xəbərlər
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
2019-09-13
Şəmkirdə mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений