AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Nazir Heydər Əsədov mayın 29-da Şamaxıda vətəndaşları qəbul etmişdir.

Kənd təsərrüfatı naziri Heydər Əsədov mayın 29-da Şamaxı şəhərində Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan və Abşeron rayonlarından olan vətəndaşları qəbul etmişdir. 
Nazirliyin idarə və təşkilatlarının, digər struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda 45 vətəndaşın müraciətinə baxılmışdır. 
Müraciətlər əsasən kənd təsərrüfatı subyektlərinə kreditlərin ayrılması, subsidiyalara nəzarət, yeni kombaynların gətirilməsi, süni mayalanma yolu ilə heyvandarlığın inkişafı, texnikanın ehtiyat hissələrinin alınmasına köməklik göstərilməsi, gübrələrin dəyərinin aşağı salınması, taxıl biçini zamanı kombaynlarla təminat, suvarma suyuna olan ehtiyacın ödənilməsi ilə bağlı olmuşdur. 
Nazir hər bir vətəndaşın müraciətini diqqətlə dinləmişdir. Müraciətlərin bir çoxu yerində həll olunmuş, qaldırılan məsələlərin qanunvericiliyə uyğun və mümkün qədər qısa müddətdə həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.
Heydər Əsədov Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 16 yanvar tarixli Sərəncamının əhəmiyyətindən danışmışdır. 
Vətəndaşlar yerlərdə qəbulların təşkilinə və yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений