AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Ucarda bir qrup sahibkara yeni texnika verilib.

Mayın 24-də Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında Almaniya, Finlandiya və Belçikadan gətirilmiş 147 ədəd kombaynın  təqdimatı olmuşdur. Onlardan  80 ədədi  Belçika istehsalı olan "New Holland", 60 ədədi Almaniya istehsalı olan "Class" və 7 ədədi Finlandiya istehsalı olan "Sampo" kombaynlarıdır. Respublikanın 25 rayonundan sahibkarların iştirak etdikləri tədbirdə əvvəlcə bazadakı mövcud texnika barədə ətraflı məlumat verilmişdir.  

Fermer və sahibkarlarla görüşən nazir Heydər Əsədov bildirmişdir ki, taxıl biçini mövsümü yaxınlaşdıqca kənd təsərrüfatı məhsulları istehsalçıları dünya standartlarına uygun yeni texnikalarla təmin olunacaqlar. Onun sözlərinə görə ən müasir texnikalar artıq fermer və sahibkarların ixtiyarındadır.  Nazir onu da qeyd etmişdir ki, yaxın zamanlarda çəltik yiğimı və cay plantasiyaları üçün ixtisaslaşdırılmış texnikaların gətirilməsi nəzərdə tutulur.

Tədbirdə texnikaların göstəriciləri və istismar qaydalarını mənimsəyən, kursları bitirən mexanizatorlara sertifikartlar verilmişdir. Sonda isə bir qrup  sahibkara kombaynların açarları təqdim olunmuşdur.

Fermer və sahibkalar dövlət başçısının görstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

 

Xəbərlər
2019-07-17
Azərbaycanda bu günədək 3086495 ton taxıl yığılıb
ətraflı oxu
2019-07-16
“Aqrolizinq” ASC-nin regional nümayəndəlikləri karbamid gübrəsi ilə təmin olunur
ətraflı oxu
2019-07-08
Şamaxı rayonu ərazisində 32018 hektar taxıl sahəsi biçilib
ətraflı oxu
2019-07-08
SON MƏLUMAT: Azərbaycanda 2768652 ton taxıl yığılıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений