AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Nazir Heydər Əsədov Dünya Bankının nümayəndələri ilə görüşmüşdür

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının Azərbaycan üzrə meneceri xanım Larisa Leşenko və Dünya Bankının Avropa və Mərkəzi Asiya regonunun davamlı İnkişafı Departamentinin Kənd təsərrüfatı və Kənd Ərazilərinin İnkişafı bölməsinin sektor rəhbəri xanım Dina Umali-Deyninqer ilə görüşmüşdür. Görüşün məqsədi irriqasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi olmuşdur.

Qonağı səmimi salamlayan Nazir Heydər Əsədov kənd təsərrüfatı sahəsinin inkişafında suvarma-drenaj sistemlərinin yenidən qurulmasının vacibliyini qeyd etmiş və bu sahədə Dünya Bankı ilə əməkdaşlığa önəm verdiyini və göstərdiyi dəstəyi yüksək qiymətləndirmişdir. Eyni zamanda su ehtiyatlarının vəziyyətini, kollektor-drenaj sisteminin qurulmasında ilk növbədə ölkə üzrə tam qiymətləndirmənin aparılmasını nəzərə çatdırmışdır.  

Dünya Bankının Azərbaycan üzrə meneceri xanım Larisa Leşenko səmimi qəbula görə öz təşəkkürünü bildirərək Azərbaycanın kənd təsərrüfatının böyük potensiala malik ölkə olduğunu və bu sahənin inkişafı üçün suvarma-drenaj sisteminin qurulmasının vacibliyini qeyd etmiş, Dünya Bankı ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini bildirmişdir.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regonunun davamlı İnkişafı Departamentinin Kənd təsərrüfatı və Kənd Ərazilərinin İnkişafı bölməsinin sektor rəhbəri xanım Dina Umali-Deyninqer ehtiyacların müəyyən olunmasında, aqrar sahənin inkişaf strategiyasının hazırlanmasında, ölkə üzrə  irriqasiya sahəsində tam qiymətləndirmənin aparılmasında, texniki yardım göstərilməsində hazır olduqlarını qeyd etmişdir.

Xəbərlər
2019-11-19
Bu həftə 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-18
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
2019-11-07
Bu həftə 13 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-04
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 4400 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений