AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Tovuzda fermer və sahibkarlara lizinq yolu ilə yeni texnikalar verilmişdir

 

Mayın 7-də kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin Tovuz “Aqroservis” filialına gətirilən Gəncə avtomobil zavodunda yığılmış “Belarus” tipli 125 traktora baxış keçirmişdir.
Nazir əvvəlcə filialda yaradılmış şəraitlə tanış olmuşdur.
Sonra respublikanın müxtəlif rayonlarından gəlmiş fermer və sahibkarlara traktorların sənədlərini təqdim edən nazir Heydər Əsədov dövlətimizin başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır. 

Diqqətə çatdırılmışdır ki, Tovuz “Aqroservis” filialına gətirilmiş 125 ədəd traktordan 43-ü bu gün fermer və sahibkarlara lizinq yolu ilə verilir. 

Nazir bildirmişdir ki, fermerlər qarşılaşdıqları hər hansı problemlə bağlı nazirlikdə yaradılan “Qaynar xətt” (1652) ilə əlaqə saxlaya bilərlər.
Traktor almış fermerlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 
Nazir daha sonra Tovuzda fəaliyyət göstərən Dövlət toxumçuluq təsərrüfatında, Rayon Baytarlıq və Fitosanitar Xidməti idarələrində olmuşdur.

 

 

 

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений