AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Kənd təsərrüfatı nazirliyi ilə FAO arasında yeni layihə imzalanmışdır

Bu gün Kənd Təsərrüfatı Naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd    Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə Subregional Koordinatoru Mustafa Sinaser ilə görüşmüşdür. Görüşün məqsədi Azərbaycan Respublikası Hökuməti ilə FAO arasında “Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğunun inkişaf etdirilməsi” layihəsi ilə bağlı müqavilənin imzalanması olmuşdur.

Qonağı səmimi salamlayan nazir Heydər Əsədov FAO tərəfindən ölkəmizdə həyata keçirilən layihələri yüksək qiymətləndirərək bundan sonra da əməkdaşlığın daha da genişləndirilməsinə önəm verdiyini və həyata keçirilən layihələrin davamlılığının təmin olunmasını nəzərə çatdırdı. Nazir imzalanacaq yeni layihənin əhəmiyyətindən söhbət açaraq Azərbaycanda kartof toxumçuluğunun təşkili, sertifikatlaşdırılması və bacarıqların artıırılmasında dəyərli bir layihə olduğunu qeyd etdi.   

Növbəti iki il ərzində həyata keçiriləcək layihə ölkədə həm ərzaq, həm də kommersiya məqsədli kartof istehsalının bərpası üçün müasir  toxuma kulturası vasitələrindən istifadə olunmaqla hərtərəfli və davamlı toxumçuluq sisteminin inkişaf etdirilməsinə töhfə verəcəkdir. Layihə yeni sortların sınaqdan keçirilməsi və nümayiş etdirilməsi, həmçinin toxum istehsalı üzrə milli sertifikatlaşdırma sisteminin təşkil edilməsi üçün texniki yardım göstərəcəkdir. Layihə eyni zamanda təlimlərin keçirilməsi ilə virusların müəyyən edilməsi və kartof patologiyasının öyrənilməsi üzrə milli bacarıqların inkişaf etdirilməsinə xidmət edəcəkdir. Virusların analiz edilməsi və invitro şəraitində toxuma kulturaları üçün laboratoriya şəraiti gücləndiriləcək və fermer üçün əsaslı toxumçuluq sxemi təşkil ediləcəkdir.

FAO-nun Mərkəzi Asiya üzrə Subregional Koordinatoru Mustafa Sinaser səmimi qəbula görə təşəkkürünü bildirdi, Azərbaycanda aqrar sektorun inkişafı üçün FAO ilə əməkdaşlığın daha da genişlənməsinə öz səylərini əsirgəməyəcəyini bildirdi. Görüşdə, həmçinin FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması məsələsinin müzakirəsi aparıldı. 

Daha sonra layihənin imzalanma mərasimi keçirildi.

Xəbərlər
2019-07-17
Azərbaycanda bu günədək 3086495 ton taxıl yığılıb
ətraflı oxu
2019-07-16
“Aqrolizinq” ASC-nin regional nümayəndəlikləri karbamid gübrəsi ilə təmin olunur
ətraflı oxu
2019-07-08
Şamaxı rayonu ərazisində 32018 hektar taxıl sahəsi biçilib
ətraflı oxu
2019-07-08
SON MƏLUMAT: Azərbaycanda 2768652 ton taxıl yığılıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений