AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Pestisidlərin idarə olunması üzrə Milli Seminar keçirilmişdir

Bu gün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) əməkdaşlıq çərçivəsində Azərbaycanda pestisid və köhnəlmiş pestisidlərin idarə edilməsinə həsr olunmuş Milli Seminar keçirmişdir. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, Milli Məclisin, bir çox əlaqədar nazirliklərin, QHT və firmaların nümayəndələri,  FAO-nun Mərkəzi Asiya üzrə Subregional Koordinatoru və Azərbaycandakı Nümayəndəsi iştirak etmişdir.

          Seminarın məqsədi  FAO tərəfindən 2013-ci ildə Azərbaycanda əkinçilik sistemlərində mövcud bitki mühafizəsi vəziyyəti və İnnovativ Məhsul Strategiyalarının İşlənməsi və Qiymətləndirilməsi Sistemi (DEXİPM) modelindən istifadə etməklə onların davamlılığı, Pestisidlərin Həyat Tsiklinin qiymətləndirilməsini, Zərərvericilərin Kompleks İdarəedilməsi və Yüksək Təhlükəli Pestisidlər üzrə aparılmiş tədqiqatların nəticələrini təqdim etmək və eləcə də ölkədə pestisid və köhnəlmiş pestisidlərin idarə edilməsi ilə bağlı digər məsələlərin müzakirəsi olunmuşdur.

        Tədbirdə FAO-nun Mərkəzi Asiya üzrə Subregional Ofisi tərəfindən bölgədəki ölkələrin hökumətləri ilə, o cümlədən Azərbaycan Hökuməti ilə zərərvericilərin, pestisidlərin idarə edilməsi, köhnəlmiş pestisidlərin zərərsizləşdirilməsi sahəsində mövcud sıx əməkdaşlıqdan, bu istiqamətdə FAO tərəfindən ölkədə həyata keçirilmiş və icrası davam edən layihələr barədə məlumat verilmişdir. Seminarda mövzular ətrafında fikir mübadiləsi aparılmış və müvafiq qərar qəbul olunmuşdur. 

Xəbərlər
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
2019-09-13
Şəmkirdə mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений