AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Aqrar-sənaye kompleksinin inkişafı strategiyasının layihəsi müzakirə olunmuşdur

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq donor təşkilatların nümayəndələri ilə görüşmüşdür. Görüşün məqsədi “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsinə dair beynəlxalq donor təşkilatların təqdim etdiyi ümumiləşdirilmiş rəyin müzakirəsi olmuşdur.

Nazir işrirakçıları səmimi salamlayaraq göstərdikləri köməyə görə təşəkkürünü bildirdi və bu sənədə böyük önəm verdiyini qeyd etdi. Artıq subsidiyaların verilməsində şəffaflığın təmin olunması üzrə müəyyən işlərin görüldüyünü, texnika və gübrə ilə təminatında müəyyən güzəştlərin yaxın günlərdə olacağını bildirdi. Nazir Heydər Əsədov aqrar sənayedə kompleks qiymətləndirmənin aparılmasını və gələcək istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini bildirdi. Hazırlanan bu siyasi sənəd əsasında gələcək fəaliyyət sənədinin hazırlanmasını nəzərə çatdırdı.

Çıxış edən Avropa İttifaqı, FAO, Dünya Bankı, Oxfam, USAİD, İFC və SECO-nun nümayəndələri təqdim olunmuş sənədin bölmələri üzrə təhlillər apardıqlarını, aqrar-sənaye kompleksinin inkişafı strategiyası sənədinin daha da mükəmməlləşməsi üçün öz tövsiyələrini bildirdilər.

Nazir Heydər Əsədov qeyd onunan tövsiyələri nəzərə almaqla sənədin yenidən işlənməsini, qısa zamanda bir daha müzakirə olunmasını nəzərə çatdırdı və öz məsləhət və tövsiyələrini verdi

Xəbərlər
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
2019-09-13
Şəmkirdə mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений