AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Ucar rayonunda yeni texnikaların təqdimatı keçirilmişdir

 

  Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq ” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında Almaniyadan, Finlandiyadan və Belçikadan gətirilmiş 157  ədəd yeni kənd təsərrüfatı texnikasının təqdimatı olmuşdur.

Respublikanın 25 rayonundan gəlmiş sahibkarın iştirak etdiyi tədbirdə əvvəlcə bazadakı mövcud texnika barədə ətraflı məlumat verilmişdir. Xüsusilə Almaniya istehsalı olan 50 ədəd “Klaas”, Belçika istehsalı olan 20 ədəd “New Holland” və Finlandiya istehsalı olan 87 ədəd “Sampo” taxılbiçən kombaynları və onların texniki göstəriciləri ötən il biçin kampaniyasında kombayn sarıdan çətinliklə üzləşən sahibkarlarda böyük maraq doğurmuşdur.

Nazir Heydər Əsədov təqdimat mərasimində çıxış edərək ölkəmizdə aqrar sektorun inkişafına göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci rübünün yükunlarına həsr olunmuş iclasında ölkə başçısının bu sahənin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifələrdən danışmış və qeyd etmişdir ki, yaxın vaxrlarda aqrar sektorla bağlı yeniliklər gözlənilir.

Nazir gətirilən yeni texnikanın texniki göstəriciləri və istismar qaydaları barədə məlumatların Azərbaycan dilinə tərcümə edilərək internetdə yerləşdirilməsi ilə bağlı konkret tapşırıqlar vermişdir. Mərasimdə yerlərdə texnikaya olan təlabatın öyrənilməsinin zəruliyi də vurğulanmışdır. Belə ki, ehtiyac olmayan texnikanın alınıb gətirilməsi yersiz vəsait xərcinə səbəb olardı.

Sahibkarlar bu gün otbağlayan texnikaya, xüsusilə yüksək texniki göstəriciləri ilə fərqlənən “Klaas” markalı otbağlayanlara ehtiyacları olduqlarını bildirmişlər.

Bununla əlaqədar lazımı tədbirlər görüləcəyi, ehtiyac duyulan hər hansı texnikanın alınıb gətirilməsi üçün kifayət qədər vəsaitin olduğu bildirilmişdir.

 Mərasimin sonunda sahibkarlara 12 ədəd kombaynın açarları təqdim olunmuşdur. 

 

Xəbərlər
2019-11-19
Bu həftə 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-18
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
2019-11-07
Bu həftə 13 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-04
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 4400 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений