AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Kənd təsərrüfatı naziri Heydər Əsədov Rusiya Federasiyasının Stavropol Vilayəti Hökuməti sədrinin müavini Andrey Murqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Rusiya Federasiyasının Stavropol Vilayəti Hökuməti sədrinin müavini Andrey Murqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşün əsas məqsədi kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələrin müzakirəsi olmuşdur.

         Nazir Heydər Əsədov qonaqları səmimi salamlayaraq Azərbaycanın Stavropol Vilayəti ilə geniş əlaqələrinin olduğunu və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük perspektiv imkanlarının mövcudluğunu, bu görüşün əməkdaşlıq üçün xüsusi rol oynayacağını nəzərə çatdırdı. Nazir Azərbaycan Respublikası ilə Rusiya Fedrasiyasının Stavropol Vilayəti arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar sahədə də ticarət dövriyyəsinin mövcud olduğunu qeyd edərək Azərbaycanda istehsal olunan məhsulların Stavropol Vilayətinə ixracında maraqlı olduğunu bildirmiş və hər iki tərəfdə logistik bazaların yaradılmasını, Azərbaycan Aqrar Universiteti ilə Stavropol Aqrar Universiteti arasında memorandumun imzalanmasının və kadr hazırlığı sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyini bildirdi. Süni mayalanma sahəsində toxum bankının yaradılması, toxumçuluq səhəsində Stavropol Vilayətinin təcrübəsinin öyrənilməsi, aqrar elmi-tədqiqat sahəsində əldə olunmuş nailiyyətlərin elmi mübadiləsini aparılmasının, kənd təsərrüfatı məhsullarının saxlanması, ilkin və sonrakı emal üzrə birgə müəssisələrin təşkil olunmasının məqsədəuyğun hesab etdi.

         Rusiya Fedrasiyasının Stavropol Vilayəti Hökuməti sədrinin müavini Andrey Murqa hər iki ölkənin kənd təsərrüfatı sahəsində böyük potensial imkanlara malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin aqrar sahədə əməkdaşlığın inkişafına öz töhvəsini verəcəyini və bu əlaqələrin genişlənməsində öz səylərini əsirgəməyəcəyini bildirdi.

Stavropol Vilayətinin kənd təsərrüfatı naziri Aleksandr Martıçev vilayətin kənd təsərrüfatı sektoru, xüsusilə də quşçuluq, toxumçuluq, tərəvəzçilik, şərabçılıq, dənli bitkilər və heyvandarlıq sahələri üzrə əməkdaşlığın perspektiv istiqamətləri üzrə geniş məlumat verdi.

         Nazir Heydər Əsədov belə işgüzar görüşlərin hər iki tərəf arasında aqrar sahədə qarşılıqlı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirdi.  

 

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений