AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Novruz bayramında yarmarkalar təşkil olunacaq

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 16 yanvar 2014-cü il tarixli, 221 nömrəli sərəncam imzalamışdır. Sərəncamın 1.4 bəndində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının daha səmərəli təşkili, onların fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması, yarmarkalarda sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə şəhərlərdə və rayon mərkəzlərində yarmarkaların təşkili tapşırılmışdır. Bu Sərəncamdan irəli gələn məsələlərin icrası məqsədilə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları ən müasir standartlara uyğun və yeni qapalı formada qurulacaq, daha səmərəli təşkil olunacaq, əhali və fermerlər üçün əlverişli ticarət mühiti yaradılacaq. Həmçinin, ictimai iaşənin təşkili, müvafiq qaydada sanitar norma və qaydalara riayət olunması və əhalinin rahatlığı üçün hər cür şəraitin yaradılması bu yarmarkaları digərlərindən fərqləndirəcəkdir.

Belə ki, Novruz bayramında əhalinin hər növ ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması, bazardakı qiymətlərdən daha ucuz və keyfiyyətli məhsul  əldə etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaya Nazirliyi ilə birgə 15-19 mart tarixlərində Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkalarını təşkil edəcəkdir. Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatı tam təmin olunacaq, seçim imkanları artacaq, eləcə də süni qiymət artımının qarşısı alınacaqdır.

Yarmarkalar 15-19 martda aşağıdakı ünvanlarda keçiriləcək:

Bakı şəhəri, Xətai rayonu:

- Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsindən H.Aslanov metrosuna düşən yolda.

Bakı şəhəri, Yasamal rayonu:

-  Şərifzadə küçəsi, Rabitə kollecinin arxası 

Bakı şəhəri, Nərimanov rayonu:

-  Gənclik metrosu, stadionun yanı.

Bakı şəhəri, Binəqədi rayonu:

-  Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti.

Bakı şəhəri, Suraxanı rayonu:

-  Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı.

Bakı şəhəri, Nəsimi rayonu:

-  Təzə bazarın ərazisi.

Bakı şəhəri, Səbail rayonu:

-   Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı.

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений