AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Azərbaycanda elektron kənd təsərrüfatına dəstək layihəsinin təqdimatı olmuşdur

Martın 12-də Bakıda “Azərbaycanda elektron kənd təsərrüfatına dəstək” layihəsinin təqdimatı olmuşdur. 

Təqdimatda Kənd Təsərrüfatı və İqtisadiyyat və Sənaye nazirliklərinin nümayəndələri, bir sıra hökumət qurumlarının təmsilçiləri, xarici mütəxəssislər iştirak etmişlər.

Çıxış edən Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ölkəmizdə kənd təsərrüfatının inkişafından, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan, layihənin vacibliyindən bəhs etmişdir. Nazir müavini həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamının əhəmiyyətindən, ərzaq təhlükəsizliyi, subsidiyaların verilməsi və digər məsələlər barədə danışmışdır.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməliyyat Bölməsinin rəhbəri Federiko Berna, layihənin qrup rəhbəri Salvatore Karfi çıxış edərək “Azərbaycanda elektron kənd təsərrüfatına dəstək” layihəsi barədə ətraflı məlumat vermiş, bunun həyata keçirilməsinin vacibliyindən və əhəmiyyətindən danışmış, bu sahənin inkişafına töhfə verəcəklərini söyləmişlər.

Təqdimatda vurğulanmışdır ki, Azərbaycanda elektron kənd təsərrüfatı sisteminin yaradılması vacib məsələlərdən biridir. Avropa İttifaqının dəstəyi ilə ölkəmizdə bu istiqamətdə bir sıra işlər görülmüşdür. Bu ilin yanvar ayından ilkin hazırlıq işləri həyata keçirilmiş, müvafiq təhlillər aparılmışdır. Məqsəd subsidiyaların həyata keçirilmə mexanizmini, heyvanların identifikasiyası və torpaqların qeydiyyatı sistemlərini birləşdirərək bu istiqamətdə görüləcək bütün işləri elektronlaşdırmaq və vahid bir mərkəzdən idarə etməkdir. Bu da ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını yerli istehsal hesabına tam ödənilməsinə imkan verəcəkdir. Yaxın vaxtlarda bu layihənin həyata keçirilməsinə başlanacaqdır.

Tədbirdə layihədə planlaşdırılan işlər geniş müzakirə edilmişdir.

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений