AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Nazir Heydər Əsədov Qubada vətəndaşları qəbul edib

Fevralın 25-də kənd təsərrüfatı naziri Heydər Əsədov Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Quba şəhərindəki Heydər Əliyev Mərkəzində nazirliyin müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 50 nəfərədək vətəndaşın müraciətinə baxılmışdır.

         Qəbula gələnlər əsasən heyvandarlığın inkişafı, kiçik istehsal sexlərinin açılması üçün güzəştli kreditlərin verilməsi, təsərrüfatlarda istifadə olunan dərman preparatlarının satışına nəzarətin gücləndirilməsi, müasir suvarma sistemlərinin alınması, mineral gübrələrin qiymətlərinin aşağı salınması, istehsal olunan kənd təsərrüfatı məhsullarının alışının dövlət səviyyəsində mərkəzləşdirilmiş qaydada təşkili və bu zaman qiymətləndirməyə nəzarət və digər məsələlər barədə müraciət etmişlər.

Nazir Heydər Əsədov vətəndaşları diqqətlə dinləmiş, müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun operativ həlli üçün konkret tapşırıqlar vermişdir.

         Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq strukturlara çatdırılmaq üçün qeydiyyata götürülmüşdür.

         Qəbula gələn fermerlər, eləcə də fiziki şəxslər müraciətlərinin operativ həllinə, qarşılaşdıqları çətinliklərə həssas və qayğıkeş münasibətə, görüş üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

         Görüşdən sonra nazir Regional Baytarlıq laboratoriyasına, Aqrar Elm Mərkəzinin inzibati binasına, Elmi-Tədqiqat bağçılıq və Subtropik Bitkilər İnstitutunun elmi işçiləri ilə görüşmüş, həmçinin “Aqrolizinq” ASC-nin Quba Servis Mərkəzinə baxış keçirmişdir.

 

 

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений