AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmət məqsədi..


Kənd Təsərrüfat Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 2014-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmət məqsədi ilə 100 ədəd Almaniya istehsalı olan “CLASS Dominator-130”, 100 ədəd Belçika istehsalı olan “New Holland TC-5050”, 250 ədəd Finlandiya istehsalı olan “Sampo 2045” markalı taxılyığan kombaynların respublikaya gətirilməsini və Gəncə avtomobil zavodunda yığılan “MTZ” markalı “Belarus” tipli 600 ədəd traktorun istifadəyə verilməsini həyata keçirəcəkdir.

       Qeyd olunan texnikaları, lizinq yolu ilə almaq istəyən, eləcədə servis xidmətində çalışan şəxslərin həmin texnikaların istismar qaydalarını mənimsəmələri üçün Cəmiyyət tərəfindən 2014-cü ilin fevral, mart və aprel aylarında xüsusi təlim kursları təşkil olunur:

      – CLASS Dominator-130 markalı taxılyığan kombaynlar üçün Ağstafa rayonunda 03.02-28.02.2014-cü il tarixlərdə (ünvan Ağstafa rayonu, Vurğun qəsəbəsi; telefon: (050)235-83-13, (050) 265-73-75);

      – SAMPO-2045 markalı taxılyığan kombaynlar üçün Yevlax şəhərində             10.02.-10.03.2014-cü il tarixlərdə (ünvan: Yevlax şəhəri, Nizami küçəsi; telefon:  (050) 320-51-48);

     –New Holland TC-5050 markalı taxılyığan kombaynlar üçün Yevlax şəhərində 10.03.-10.04.2014-cü il tarixlərdə (ünvan: Yevlax şəhəri, Nizami küçəsi; telefon: (050)320-51-48);

       – MTZ markalı traktorlar üçün Gəncə şəhərində 05.02.-20.12.2014-cü il tarixlərdə (ünvan Gəncə şəhəri, Sadıq Rəhimov küçəsi 1; telefon: (055) 204-90-37).

      Bildiririk ki, göstərilən taxılyığan kombaynları və traktorları lizinq yolu ilə almaq istəyən və servis xidmətində çalışacaq şəxslər həmin təlim kursunu bitirməsi haqqında şəhadətnamə və sürücülük vəsiqəsini  təqdim etməlidirlər.  

        Əlavə məlumat almaq üçün “Aqrolizinq” ASC-yə müraciət edə bilərsiniz.

        Əlaqə telefonu: (012) 425-63-26; (050) 751-74-91. 

 

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений