AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir, xanım Madalena Mard ilə görüşmüşdür

Kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir, xanım Madalena Mard ilə görüşmüşdür. Görüşün əsas məqsədi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqı arasında birgə əməkdaşlıq məsələləri və ərzaq məhsullarının təhlükəsizliyi sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi olmuşdur.

Nazir qonaqları səmimi salamlayaraq Azərbaycanın Avropaya daim inteqrasiya etdiyini qeyd etdi, Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında “Kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına dəstək Proqramı”nın (büdcəyə dəstək layihəsi) uğurla həyata keçirildiyini, bu layihənin cari ildə də davam etdirilməsinin məqsədəuyğun hesab etdiyini bildirdi, Avropa İttifaqı ilə əlaqələrin sürətlə inkişaf etdiyini və konkret sahələrdə öz əksini tapdığını xüsusilə vurğuladı. Layihə çərçivəsində ötən il üçün nəzərdə tutulmuş fəaliyyətlərin ərzaq təminatı və baytarlıq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, Vahid Milli İstinad Laboratoriyası yaradılması və regional baytarlıq laboratoriyaların bərpası, işçilərə təlim keçirilməsi, müvafiq akkreditasiyanın alınması, baytarlıq məntəqələrinin, sallaqxanaların və taxıl elevatorunun tikintisinə dəstək, kənd təsərrüfatı sahəsində müəllim və tələbələrin xaricdə təhsilinin təkmilləşdirilməsinin həyata keçirildiyini səfirin diqqətinə çatdırdı.

Nazir Heydər Əsədov gələcək əməkdaşlıq üçün prioritet hesab edilən sahələri, xüsusilə aqrar sahədə xidmət sahələrinin özəlləşdirilməsi, struktur islahatların aparılması üzrə beynəlxalq ekspertlərin dəvət olunması, süni mayalanma sisteminin yenidən qurulması, peşə təhsili, ərzaq və qida təhlükəsizliyi üzrə, kənd təsərrüfatını elektronlaşdırılması və digər sahələr üzrə Avropa İttifaqı tərəfindən həm texniki, həmdə büdcəyə dəstəyin olmasının vacibliyini bildirdi.

Xanım Madalena Mard səmimi qəbula görə təşəkkürünü bildirdi və Avropa İttifaqı tərəfindən aqrar sahədə uzun illər ərzində layihələrin həyata keçirilməsini qeyd etdi və gələcək üçün üç prioritet istiqamətdən birinin də kənd yerlərinin və regionların inkişafı olduğunu bildirdi. Avropa İttifaqının Azərbaycan ilə  əlaqələrin inkişaf etdirilməsində maraqlı tərəfdaş olduğunu bildirən xanım Madalena Mard birgə ərzaq və qida təhlükəsizliyi, sertifikatlaşma sahələrində birgə əməkdaşlığın davam etdirilə biləcəyini və  bu məqsədlə işçi qurupunun yaradılmasının vacibliyini bildirdi.

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений