AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasova FAO-nun xüsusi mükafatı təqdim olunmuşdur.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Konftansının 38-ci Sessiyasında iştirak etmək məqsədilə İtaliyanın Roma şəhərində səfərdədir. 

 16 iyun 2013-cü il tarixdə nazir İsmət Abasova FAO-nun xüsusi mükafatı təqdim olunmuşdur. Aclığa və yoxsulluğa qarşı mübarizə sahəsində əldə etdiyimiz uğurlar münasibətilə Azərbaycan Respublikasına verilən mükafat İtaliyanın Roma şəhərində Təşkilatın mənzil-qərərgahında FAO-nun Baş direktoru Joze Qratsiano da Silva tərəfindən təqdim edilmişdir.

Mükafatların təqdim edilməsi mərasimində FAO-nun beş üzv ölkəsinin prezidenti, bir çox ölkələrin vitse-prezidentləri, baş nazirləri, baş nazirlərinin müavinləri, kənd təsərrüfatı nazirləri və digər yüksək vəzifəli şəxslər iştirak etmişlər.  Bu mükafat 2000-ci ildə BMT-nin Baş Assambleyasında qəbul olunmuş Minilliyin İnkişaf Məqsədlərindən birincisi olan 2015-ci ilədək “aclığın yarıya qədər azaldılması”na və 1996-cı ildə Romada keçirilmiş Dünya Ərzaq Sammitində qəbul olunmuş 2015-ci ilədək “kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması” üzrə məqsədə vaxtından tez nail olmuş ölkələrə təqdim edilmişdir. Azərbaycan hər iki məqsədə nail olmuşdur. Mükafatın məqsədi aclığa və yoxsulluğa qarşı mübarizədə radikal islahatlar həyata keçirmiş ölkələrin siyasi iradələrinin FAO tərəfindən etiraf edilməsi və yüksək qiymətləndirilməsindən ibarətdir. Nazir İsmət Abasov təqdimat mərasimində çıxış edərək ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış dövlət proqramlarının icrası nəticəsində Azərbaycanda yoxsulluğun təqribən 50 faizdən 5 faizə enməsi, son illərdə kənd təsərrüfatı sahəsində illik təqribən 6 faiz artım olmaqla dinamik inkişafın təmin edilməsi və kənd ərazilərində yaşayan əhalinin rifahının artması barədə tədbir iştirakçılarına məlumat vermişdir.Həmin gün nazir İsmət Abasov Sent Vinsent və Qrenadinlərin Baş naziri cənab Ralf Qonzalves ilə görüşmüşdür. Cənab Qonzalves Azərbaycanda olduğunu və ölkəmizdən xoş təəssüratlarla ayrıldığını bildirərək, onun səmimi salamlarını Azərbaycan Resbublikasının Prezidenti cənab İlham Əliyevə çatdırmağı nazir İsmət Abasovdan xahiş etmişdir.

 17 iyun 2013-cü il tarixdə nazir İsmət Abasov 2012-ci ildə Azərbaycanda keçirilmiş FAO-nun 28-ci Avropa Regional Konfransının sədri qismində çıxış edərək Konfransın yekunlarına dair hesabatı Sessiya iştirakçılarına təqdim etmişdir.Çıxışında nazir İsmət Abasov digər məsələlərlə yanaşı Ümumdünya Ərzaq Təhlükəsizliyi Komitəsinin islahatının Avropa Regional Konfransı tərəfindən dəstəkləndiyini bildirmiş və Komitəyə dair məsələlərin gələcəkdə regional konfranslara daxil edilməsi təklif etmişdir. O, həmçinin sədri olduğu Avropa Regional Konfransının tövsiyələrini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.  

Sonda hesabat konfrans iştirakçıları tərəfindən qəbul edilmişdir. Konfrans iştirakçıları, xüsusilə Avropa İttifaqına hazırda sədrlik funksiyasını həyata keçirən İrlandiyanın nümayəndəsi, İsveçrə və Tacikistan təmsilçiləri FAO-nun 28-ci Avropa Regional Konfransının ölkəmizdə yüksək səviyyədə təşkil edildiyinə görə Azərbaycan Hökumətinə minnətdarlıqlarını bildirdilər.  

 Həmin gün nazir İsmət Abasov Rumıniyanın kənd təsərrüfatı və kəndin inkişafı naziri cənab Daniel Konstantin ilə və Tacikistan Respublikasının kənd təsərrüfatı naziri cənab Kosim Kosimov ilə görüşmüşdür.

 16 və 17 iyun 2013-cü il tarixlərində keçirilmiş tədbirlərdə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Vaqif Sadıqov da iştirak etmişdir.

 Səfər davam edir. 

 

 


 

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений