AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransanın Paris şəhərində səfərdədir.

 Kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti 2013-cü ilin 26-31 may tarixlərində keçirilən Beynəlxalq Epizootiya Təşkilatının Nümayəndələrinin Ümumdünya Assambleyasının 81-ci baş sessiyasında iştirak etmək məqsədilə Fransanın Paris şəhərində səfərdədir.
Nümayəndə heyətinin rəhbəri nazir İsmət Abasov 26 may 2013-cü il tarixdə sessiyasının açılışında iştirak etmişdir. Beynəlxalq Epizootiya Təşkilatının prezidenti xanım Karin Şvabenbauer yarandığı vaxtdan indiyədək təşkilatın keçdiyi yol və dünyada heyvan sağlamlığının nəzarətdə saxlanmasına təşkilatın verdiyi töhfələr barədə məlumat verdi.
Nazir İsmət Abasov açılışda çıxış edərək çoxsaylı sessiya iştirakçılarını ölkə rəhbərinin adından salamlamış və bu toplantının bütün dünyada epizootiya sahəsində səylərin artırılması üçün vacib əhəmiyyətə malik olduğunu bildirmişdir. Nazir İsmət Abasov kənd təsərrüfatı heyvanlarının sağlamlığının elmi, iqtisadi və siyasi aspektləri özündə birləşdirən mürəkkəb ictimai məsələ olduğunu qeyd etmiş və bu sahədə Beynəlxalq Epizootiya Təşkilatı tərəfindən Azərbaycana göstərilən dəstəyi və təşkilatla səmərəli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulamışdır.

Nazir İsmət Abasov daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi strategiya nəticəsində ümumilikdə kənd təsərrüfatı sahəsində baş verən dayanıqlı artımı, ölkə başçısı tərəfindən imzalanmış müvafiq dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sayəsində kənd təsərrüfatının müxtəlif sahələrində, o cümlədən baytarlıq sahəsində modernizasiya və islahatlar barədə toplantı iştirakçılarına məlumat vermişdir. O, həmçinin baytarlıq sahəsinin islahatı üzrə Avropa İttifaqı ilə həyata keçirilən uğurlu əməkdaşlıqdan söhbət açmışdır.
Həmin gün nazir İsmət Abasov Beynəlxalq Epizootiya Təşkilatının Avropa üzrə Regional Nümayəndəliyinin rəhbəri professor Kazimiras Lukauskas ilə görüşmüşdür. Görüşdə Azərbaycanın öz coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında strateji mövqedə yerləşdiyini və bu səbəbdən öz ərazisinin heyvan xəstəliklərindən qorunması üçün hökumət tərəfindən səylərin dəstəklənməsində Təşkilatın Avropa üzrə Regional Nümayəndəliyi ilə sıx əməkdaşlığa olan marağını müqabil tərəfin diqqətinə çatdırmışdır. Müqabil tərəf öz növbəsində Azərbaycanla əməkdaşlığın miqyasının genişləndirilməsi istiqamətində səyləri artıracağını vəd etmişdir.
Səfər davam edir.

 

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений