AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Mətbuat xidməti

22 may 2013-cü il tarixində kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının  növbəti iclası keçirilmişdir.

Respublika Komissiyacının sədri, kənd təsərrüfatı naziri cənab İsmət Abasov çıxış edərək bıldirdi ki,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə“ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli Qərarlarının icrasına uyğun olaraq 2013-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50 faizinin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından      sənədlər daxil olması davam edir.

       Komissiya 4 satıcı təşkilat, o cumlədən, “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “Mikro Az Feed” MMC   və “Gəncə Aqrokimya” MMC   üzrə  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq olunmuş «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştə satılması Qaydaları»nın 1.2, 2.3 və 2.8 maddələrinə və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli qərarının 2.1,  2.3 və 5-ci  maddələrinə uyğun olaraq      11700 nəfər istehsalçıya    91630,88 hektara görə 50 faiz güzəştlə satılmış    19104,59   ton mineral gübrə üçün   4 milyon  89 min  manat  dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi  məqsədi ilə müvafiq sənədlər Azərbaycan Respublikasınin Maliyyə Nazirliyinə təqdim edilmişdir.

 

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений