AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


“WorldFood Azerbaijan-2013”

Bu gün Kənd
Təsərrüfatı nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan
Beynəlxalq qida sənayesi “WorldFood Azerbaijan-2013” və7-ci Azərbaycan kənd
təsərrüfatı  “AgriHort Azerbaijan-2013” sərgisi keçirilmişdir.sərgidə 179
şirkət iştirak etmişdir. Ötən illə müqayisədə sərginin sahəsi 47% artmışdır.

Sərgidə çıxış edən
nazir İsmət Abasov sərgi iştirakçılarını səmimi salamlayaraq Ulu Öndər Heydər
Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın cənab Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan
nailiyyətlər, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı haqqında
danışmış, qeyd etmişdir ki, ölkəmizdə kənd təsərrüfatı sahəsi güclü potensial
imkanlara malikdir. Respublikanın əlverişli torpaq-iqlim şəraiti və mühüm
nəqliyyat yollarının qovşağında yerləşməsi aqrar bölməni ölkə iqtisadiyyatında
ən mühüm prioritetlərindən birinə çevirir.

Nazir bildirmişdir
ki, ölkənin kənd təsərrüfatının əsasını iki böyük sahə - bitkiçilik və
heyvandarlıq təşkil edir. Bitkiçilikdə taxılçılıq, tərəvəzçilik, kartofçuluq,
meyvəçilik, üzümçülük, pambıqçılıq, heyvandarlıqda isə maldarlıq, qoyunçuluq və
quşçuluq üstünlük təşkil edir. 2012-ci ildə 2003-cü ilə nisbətən kənd
təsərrüfatının ümumi məhsul istehsalı 3,3 dəfə, o cümlədən bitkiçilik
məhsulları 3,0 dəfə, heyvandarlıq məhsulları 3,7 dəfə artmışdır. Bununla
yanaşı, taxıl istehsalı 1,4 dəfə, kartof istehsalı 1,3 dəfə. tərəvəz məhsulları
istehsalı 1,2 dəfə, meyvə istehsalı 1,4 dəfə, ət istehsalı 1,4 dəfə, süd
istehsalı 1,5 dəfə artmışdır.

Nazir vurğulamışdır
ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin reqionların
sosial-iqtisadi inkişafına, aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsinə,
lizinqin genişləndirilməsinə və bir çox sahələrin inkişafına dair imzaladığı
Fərman və Sərəncamlar kənd əhalisi tərəfindən böyük rəğbətlə qarşılanır və bu
proqram sənədlərdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi öz müsbət
nəticəsini verməkdədir.

Çıxışının sonunda
Nazir İsmət Abasov sərgi iştirakçılarına işgüzar əlaqələr yaratmaq, əlverişli
şərtlərlə işbirliyi qurmaq üçün uğurlar arzulamışdır.

Sonda Nazir İsmət
Abasov sərgidə iştirak edən yerli və xarici şirkətlərin nümayiş etdirdikləri
eksponatlarla tanış olmuşdur.

 

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений