AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov bölgələrdə sakinlərlə görüşmüşdür.

Azərbaycan  Respublikasının  kənd təsərrüfatı  naziri İsmət Abasov  may ayının 17-də saat 11:00-da  “Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasının inzibati binasında Ucar, Kürdəmir, Zərdab, Ağdaş və Göyçay rayonlarının sakinləri ilə görüşmüşdür. 

Öncə görüş iştirakçıları “Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasının həyətində kənd təsərrüfatı texnikalarına baxış keçirmiş və ölkəmizə gətirilmiş yeni 20- ədəd kombaynın təqdimatı olmuşdur. Bölgə fermerləri Finlandiyada istehsal olunmuş taxılyığan kombayn “Sampo” nun xərclərə qənaət etməklə yüksək məhsuldarlıqla işləməsindən razı olduqlarını nazirə söyləmişlər.

Görüşdə iştirak edən vətəndaşlar ilk olaraq ölkə başçısı İlham Əliyevə kənd əməkçilərinə göstərdiyi qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildirmiş və söyləmişlər ki, prezidentimizin həyata keçirdiyi aqrar siyasətin bəhrəsi olaraq onlar bu gün yanacağın, motor yağının, buğda və çəltik əkinlərinə, toxum və tinglərə görə subsidiyaların verilməsi ilə təmin olunur, həmçinin lizinq yolu ilə güzəştli şərtlərlə texnika və gübrələr alırlar.

Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərinin ortaq problemi olduğunu qeyd edərək bunların həlli ilə bağlı aşağıdakı təkliflərini nazirin diqqətinə çatdırmışlar:

         -subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi və verilmə mexanizminin sadələşdirilməsi;

         -süni mayalama ilə alınan buzov və balaqlara subsidiyaların verilməsi. Süni mayalama texniklərinin gördükləri işlərin nəticəsinə görə əlavə həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi;

         -torpaqların şoranlaşmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə köməklik göstərilməsi;

         -taxıl biçini zamanı biçinə gec başlayan rayonların kombaynları hesabına taxıl biçininin təşkili (aqrolizinq xətti ilə)

         -kənd təsərrüfatı işçiləri üçün Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsi. Kənd təsərrüfatı məhsulları istehsalçılarını kreditləşdirən ixtisaslaşdırılmış aqrar bankının yaradılması;

         -çəltik üyüdən mini dəyirmanın lizinqə verilməsi;

         -mal-qaranın otarılması üçün İsmayıllı rayonunda Dövlət Torpaq Fondundan əlavə yaylaq sahəsinin ayrılması;

         -mineral gübrələrin qiymətlərinin 30-40% aşağı salınması. Mineral gübrələrin istehsalçılara “Aqrolizinq” ASC-i tərəfindən bilavasitə əkin sahəsində verilməsi;     

         -bələdiyyələrdə azyararlı torpaqlarda öz vəsaitləri hasabına yaxşılaşdırıb əkən istehsalçılara subsidiyaların verilməsi;

         -fiziki şəxslər üşün kənd təsərrüfatı texnikasının ilkin ödəniş olmadan uzun müddətli lizinqlə verilməsi;

         -Zərdab rayonu ərazisində yun emalı sexinin tikilməsinə köməklik göstərilməsi;

         -Ağdaş rayonunda taxıl sahələrinin genişləndirilməsini, əkin sahələrinin artırılmasını nəzərə alaraq rayonda fəaliyyət göstərən “Aqrolizinq” ASC-nin Ağdaş Aqroservis filialına 4 ədəd taxılbiçən kombayn verilməsinə köməklik göstərilməsi;

         -Kənd yerlərinin kompleks İnkişaf  Layihəsi çərçivəsində torpaqların münbitliyinin və suvarılan torpaq sahələrinin artırılması, Sudan İstifadə Edənlər Birliyinin(SİEB) maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görüləcək işlərin sürətlənməsinə köməklik göstərilməsi.

         Görüşdə kənd təsərrüfatı naziri ilə birlikdə nazirliyin idarə və təşkilatlarının, tabeli qurumların rəhbərləri iştirak etmişlər. Bölgə rayonlarından olan 75 vətəndaşın müraciətlərinə baxılıb. Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilmiş, müraciətlərin bir hissəsi isə yerindəcə həllini tapmışdır.

“Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasının inzibati binasının qarşısında nazirlə  görüşə gəlmiş bölgə fermerlərinin rahatlığı üçün münbit şərait yaradılmışdır. 

 

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений