AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Bu gün Gəncə şəhərində keçirilən Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti
Bu gün Gəncə şəhərində keçirilən Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə MDB ölkələri aparıcı ali aqrar təhsil müəssisələri rektorlar şurasının iclasında Nazir İsmət Abasov çıxış edərək qonaqları qədim Gəncədə, dahi Nizami Gəncəvinin yurdunda salamlamaqdan məmnun olduğunu ifadə etmiş, ölkə başçısı İlham Əliyevin aqrar sahəyə, həmçinin elmə və təhsilə göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, qədim Azərbaycan torpağı - zəngin mədəniyyətə və elmə malik olan xalqın Vətənidir.

         İsmət Abasov əsrlərdən bəri kənd təsərrüfatının respublikamızın ən inkişaf etmiş sahələrindən biri olduğunu,  Azərbaycanda 11 iqlim zonasından 9 mövcudluğunu, ölkə əhalisinin qədim zamanlardan əkinçilik, heyvandarlıq və kənd  təsərrüfatının digər sahələri ilə məşğul olduğunu qeyd etmişdir.

         Yüksək ixtisaslı kənd təsərrüfatı kadrlarının hazırlığı Bakıda Politexnik İnstitutunun nəzdində 1920-ci ilin dekabr ayında kənd təsərrüfatı fakultəsinin açılmasından sonra başlamışdır və 1929-cü ilin may ayına kimi fəaliyyət göstərmişdir.  Elə həmin il kənd təsərrüfatı fakultəsinin bazasında Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmış, 1931-ci ildə Gəncə şəhərinə köçürülmüş və indiyə kimi də fəaliyyət göstərir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yaradılmasında və fəaliyyətində məhşur rus alimləri V.P.Smirnov-Loginov, İ.İ.Kalugin, İ.V.Fiqurovski, S.İ.Draçinski və digərləri əvəzsiz yardım göstərmişlər.

İnstitutun professor-müəllim heyətinin formalaşmasında Azərbaycan ziyalılarının qabaqcıl nümayəndələri-Məmməd Mirzəyev, Əli Xudaverdiyev, İmran Qaşıyev, Murtuz Vəzirov, Yusif Məmmədəliyev, Əzim Dadaşov, Məmmədtağı Əsgərbəyli və digərləri yaxından iştirak etmişdilər. Kənd təsərrüfatı zəhmətkeşləri Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yaradıcılarına, onların neçə nəsil mütəxəssis və alimlərinin yetişdirilməsində və ümumilikdə yüksək aqrar təhsilin respublikada yaradılmasında sərf etdikləri əməyə görə minnətdardırlar.

Müxtəlif  illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yüksək mükafatlarla təltif edilmişdir.

1940-cı ildə müəllimlər Sovet İttifaqının orden və medalları ilə təltif edilmiş, 1979-cu ildə isə İnstitut “Şərəf Nişanı” ordeni ilə ümummilli lider Heydər Əliyev tərəfindən təltif edilmişdir.

İnstitutun əsas inkişaf dövrü 1970-1982-ci illərə təsadüf edir. Heydər Əliyevin diqqəti və qayğısı nəticəsində maddi-texniki baza möhkəmləndirilmiş, yeni korpus və laboratoriyalar tikilmişdir.

Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin aqrar sahə və elmi kadrların respublikamızda hazırlanmasına verdiyi böyük önəm nəticəsində 2009-cu ildə Kənd Təsərrüfatı Akademiyası Azərbaycan Dövlət Aqrar Universiteti adlandırıldı.

Hal-hazırda Universitetdə 32 ixtisas, 6 fakültə fəaliyyət göstərir, bakalavr pilləsində 4460 tələbə (Azərbaycan və rus bölmələrində), magistr pilləsində 217 magistr təhsil alır. Son illərdə xarici ölkələrdə təhsilini davam etdirmiş tələbələrin sayı 48 nəfər olmuşdur.

2011-ci ildə elm və təhsildə apardığı islahatlara görə Universitet Avropa Rektorlar Assambleya Şurasının “Qızıl Medalı”  ilə təltif edilmişdir.

Ümid edirəm ki, gələcəkdə bu təhsil ocağı yüksək ixtisaslı kadrların hazırlanması missiyasını layiqincə yerinə yetirəcək və regionun aparıcı ali təhsil ocaqlarından biri olacaqdır. 

Tədbir iştirakçıları Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək, universitetin tədris bazası ilə tanış olacaq, Şəmkir rayonunda Az-Rus Dostluq Səhmdar Cəmiyyətinin meyvəçilik təsərrüfatı, həmçinin Gəncə Şərab-2 zavoduna səfər edəcəklər.  

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений