AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə "Beynəlxalq Yaşıl Həftə - 2013" sərgisində

Azərbaycan Respublikasının kənd təsərrüfatı  naziri İsmət Abasov ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə "Beynəlxalq Yaşıl Həftə - 2013" sərgisində iştirak etmək məqsədilə Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində rəsmi səfərdədir.

Nazir İsmət Abasov səfər çərçivəsində Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyinin dövlət katibi cənab Hans-Yürgen Beerfeltz ilə görüş keçirmişdir.

Dövlət katibi H.Y. Beerfeltz Azərbaycanın son illərdə mütəmadi olaraq sərgidə təmsil olunmasını təqdirəlayiq hesab edərək bu faktı həm Azərbaycan və Almaniya arasında kənd təsərrüfatı və ərzaq sənayesi sahəsində əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi üzrə siyasi iradənin göstəricisi, həm də Azərbaycanın öz məhsullarının potensial alıcılara və yeni bazarlara təqdim olunması üçün səmərəli vasitə kimi qiymətləndirdi.

Nazir İsmət Abasov Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının ixrac potensialı barədə müqabil tərəfə geniş məlumat verdi. Eyni zamanda, nazir İsmət Abasov bu potensialın reallaşdırılması məqsədilə qeyri-ənənəvi bazarlara çıxışın asanlaşdırılmasında bu sərginin və sərgi çərçivəsində təşkil edilən aqrar forumun xüsusi əhəmiyyətə malik olduğunu bildirdi.

Daha sonra nazir İsmət Abasov Almaniya Federativ Respublikasının Ərzaq, Kənd Təsərrüfatı və İstehlakçıların Müdafiəsi Nazirliyinin dövlət katibi cənab Gerd Müllerlə görüş keçirmişdir.

Görüş zamanı nazir İsmət Abasov ölkəmizin müstəqillik əldə etdiyi ilk illərdən etibarən kənd təsərrüfatı sahəsində hökumət tərəfindən həyata keçirilən təşəbbüsləri müxtəlif layihələr vasitəsilə fəal şəkildə dəstəklədiyinə görə müqabil tərəfə minnətdarlığını bildirdi. Bununla yanaşı, azərbaycanlı tələbələrin Almaniyanın aqrar universitetlərində təhsil almaq imkanları, kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin gücləndirilməsinə həsr olunmuş Tvinninq layihəsi, tərəflər arasında birbaşa təmasların genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlər və ekspert mübadiləsi ilə bağlı məsələlər müzakirə olundu.

Qeyd olunanlarla yanaşı, səfər çərçivsində nazir İsmət  Abasov Avrasiya İqtisadi Komissiyasının aqrarsənaye siyasəti departamentinin rəhbəri xanım Nadejda Kotkovets ilə görüş keçirmişdir.

Nazir İsmət  Abasov iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də inteqrasiyaya, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığa Azərbaycan tərəfindən böyük önəm verildiyini qeyd etmiş, Azərbaycanın bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini müqabil tərəfin diqqətinə çatdırmışdır.   

Görüşdə tərəflər, Azərbaycan və Avrasiya İqtisadi Komissiyasına üzv ölkələr – Rusiya Federasiyası, Belarus Respublikası və Qazaxstan Respublikası arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı kənd təsərrüfatı sahəsində də qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd etmiş, bu ölkələrlə daha sıx əlaqələrin yaradılmasında adıçəkilən təşkilatın töhfəsini müzakirə etmişlər.

Səfər davam edir. 

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений