AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


"20 Yanvar" faciəsinə həsr olunmuş toplantı keçirildi

Bu gün Kənd Təsərrüfatı Nazirliyində
“20 Yanvar” faciəsinin 23-ci ildönümünə həsr olunmuş toplantı keçirilmişdir.

Ilk öncə toplantı iştirakçıları 20 Yanvar faciəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Nazir müavini Aslan Aslanov yığıncağı açaraq Azərbaycanın müstəqilliyi, öz milli azadlığı uğrunda şəhid olanların yaxınlarına və əzizlərinə başsağlığı vermiş, həlak olanların şəhidlik zirvəsinə qalxmasını qəhrəmanlıq simvolu kimi qiymətləndirmişdir.

Nazir müavini A.Aslanov 20 Yanvar hadisəsinə ilk olaraq ulu öndər Heydər Əliyevin münasibət bildirdiyini və məhz ulu öndərimizin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verildiiyini söyləmişdir. Nazir müavini A.Aslanov çıxışında ümummilli lider Heydər Əliyev və möhtərəm prezidentimiz İlham Əliyev ilə birlikdə həyatlarını təhlükə qarşısında qoyaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz həmvətənləri və xarici jurnalistlər qarşısında – izdihamlı iclasda çıxış edərək bu ağır günlərdə heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu nümayiş etdirdiyini və bu hadisəni hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirdiyini toplantı iştirakçılarının nəzərinə çatdırdı.

Nazir müavini A.Aslanov ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezidentimiz İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərdiyi qayğı və diqqəti qeyd etdi.

Nazir müavini A.Aslanov möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın dünyada güclü bir dövlət kimi tanıdıldığını, yüksək iqtisadi göstəricilərə və hərbi potensiala malik olan bir ölkə kimi inkişaf etdiyini və hər zaman azərbaycan xalqının Dağlıq Qarabağ problemini həll etmək iqtidarında olmasını vurğuladı.

Toplantıda çıxış edən digər natiqlər Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini həmişə ehtiramla yad edəcəklərini söylədilər.

Nazir müavini A.Aslanov çıxışının sonunda 20 Yanvar faciəsi şəhidlərinin azərbaycan xalqının qəlbində əbədi yaşayacağını diqqətə çatdırdı.
Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений