AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Daha 11 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək

Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Oğuz, Qax, Şəki, Qəbələ, Xaçmaz, Qusar, Neftçala, Cəlilabad, Hacıqabul, Kürdəmir və Göyçay rayonlarında təşkil ediləcək.

Səyyar satışlar oktyabrın 22-də Oğuzun Qumlaq, Xaçmazın Uzunoba və Neftçalanın Xorqaraqaşlı kəndlərində, oktyabrın 23-də Qaxın Ləkid, Xaçmazın Xudat və Cəlilabadın Pirivolnoye kəndlərində, oktyabrın 24-də Şəkinin Aydınbulaq, Qusarın Urva və Hacıqabulun Meyniman  kəndlərində, oktyabrın 25-də Şəkinin Şorsu, Qusarın Urva və Kürdəmirin Qarasu kəndlərində, oktyabrın 26-da Qəbələnin Tüntün, Qubanın Hacıhüseynli və Göyçayın Ləkçılpaq kəndlərində həyata keçiriləcək.

Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.

Xəbərlər
2019-11-18
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
2019-11-07
Bu həftə 13 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-04
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 4400 vətəndaş yararlanıb
ətraflı oxu
2019-10-30
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 4122 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений