AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Daha 13 rayonda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də ammofos və nitroammofoska gübrələrinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlax təşkil ediləcək.

Səyyar satışlar:

  • Oktyabrın 1-də Qazaxın Alpoud, Şabranın Pürəbədil, Tərtərin Hüsənli kəndində;
  • Oktyabrın 2-də Ağstafanın Dağkəsəmən, Xaçmazın Susay Qışlaq, Tərtərin Qəzyan kəndində;
  • Oktyabrın 3-də Tovuzun Əlimərdanlı, Qubanın Alpan, Bərdənin Yeni Daşkənd kəndində;
  • Oktyabrın 4-də Göygölün Çaykənd, Salyanın Xalac, Bərdənin Əmirli kəndində;
  • Oktyabrın 5-də Goranboyun Tapqaraqoyunlu, Neftçalanın Xolqaraqaşlı və Yevlaxın Gülöyşə kəndində həyata keçiriləcək.

Adı çəkilən, eləcə də ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.

Xəbərlər
2019-10-14
Daha 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-10-09
Sentyabrda səyyar gübrə satışından 2295 fermer yararlanıb
ətraflı oxu
2019-10-08
Daha 15 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-10-01
Daha 13 rayonda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений