AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı uğurla davam edir. Cəmiyyətin əməkdaşları hər gün reyni vaxtda respublikanın bütün bölgələrində vətəndaşlara səyyar satış xidməti göstərirlər.

Cari həftədən etibarən Cəmiyyətin üçüncü səyyar satış qrupu xidmətə başlayır. Belə ki, 20-21 sentyabr tarixində Xaçmazın Susay kəndində həm bu kəndin, həm də qonşu kəndlərin fermer təsərrüfatı sahibləri üçün iki günlük səyyar satış xidməti həyata keçiriləcək. Bu xidmətlərin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.

Qeyd edək ki, sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Xəbərlər
2019-10-14
Daha 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-10-09
Sentyabrda səyyar gübrə satışından 2295 fermer yararlanıb
ətraflı oxu
2019-10-08
Daha 15 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-10-01
Daha 13 rayonda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений