AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir

Respublikamızın bölgələrində mineral gübrələrin güzəştli şərtlərlə sayyar satış xidməti davam edir.  

Növbəti səyyar satış xidməti Şəki, Qobustan, Şamaxı, Kürdəmir və Hacıqabul rayonlarında həyata keçiriləcək. Belə ki, sentyabr ayının 17-də Şəki rayonunun Qayabaşı kəndində, 18-də Şəki rayonunun Kiçik Dəhnə kəndində, 17-də Qobustan rayonunun Sündü kəndində, 18-də Şamaxı rayonunun Ovculu kəndində, 19-da Kürdəmir rayonunun Karrar kəndində, 20-də Hacıqabul rayonunun Nəvahi və 21-də Udulu kəndlərində, 20-də Oğuzun Padar və 21-də Xaçmaz kəndlərində həyata keçiriləcək.

Səyyar satış zamanı həm adı çəkilən, həm də ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə, 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün
1652 çağrı mərkəzi, yaxud (+99451) 2559383 və (+99451) 2293207 əlaqə nömrələrinə müraciət edə bilərsiniz.

Qeyd edək ki, sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın əsas məqsədi, gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

 

Xəbərlər
2019-10-14
Daha 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-10-09
Sentyabrda səyyar gübrə satışından 2295 fermer yararlanıb
ətraflı oxu
2019-10-08
Daha 15 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-10-01
Daha 13 rayonda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений