AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


“Aqrolizinq” mövsümdən əvvəl ammofos gübrəsinin satışına hazırdır

Sentyabrdan mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanacaq

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ammofos gübrəsinin Cəmiyyətin bütün regional nümayəndəliklərinin və rayon bölmələrinin logistik gübrə anbarlarında güzəştli şərtlərlə satışını həyata keçirir.

Ammofos gübrəsinin 1 tonunun satış qiyməti 1000 manata, dövlət tərəfindən tətbiq edilən 70% güzəştlə 300 manata və müvafiq olaraq 50 kiloqramlıq 1 kisəsi 15 manata satılır. Kənd təsərrüfatı məhsulları istehsalçıları mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sənədlərini, kənd icra nümayəndəliyindən əldə etdiyi ərizə və məlumat formasını, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə mineral gübrələri güzəştli şərtlərlə əldə edə bilərlər.

Sentyabr ayından etibarən Cəmiyyətin rayon bölmələri ilə yanaşı, uzaq məsafələrdə yerləşən ucqar kəndlərdə mineral gübrələrin, xüsusilə mövsümə uyğun ammofos gübrəsinin səyyar satışı təşkil olunacaq. Səyyar satış zamanı fermerlərimiz müvafiq sənədləri təqdim etməklə və yerindəcə ödəniş etməklə öz kəndlərində güzəştli şərtlərlə mineral gübrələrdən əldə edə biləcəklər.

Qeyd edək ki, ammofos azot-fosfor qarışıqlı komleks gübrədir, tərkibində 12% azot və 52% fosfor vardır. Əksər bitkilərdə əkindən öncə şum altına, səpinlə birgə və torpaqda fosfor çatışmazlığı olduğu halda yemləmə olaraq tətbiq edilir. Ammofos fosfor ağırlıqlı kompleks gübrə olduğuna görə ölkəmizdə əsasən payız aylarında dənli bitkilərin əkini zamanı və əkinqabağı şum altına verilir. Ammofos torpaqda münbitliyin artmasına və bunun sayəsində əkilən məhsulun keyfiyyətinin və məhsuldarlığın yüksəlməsinə, böyümənin və inkişafın normallaşdırılmasına kömək edir.

Cəmiyyət ötən illərdəki təcrübəyə əsaslanaraq cari ildə də mövsüm başlamamışdan əvvəl ammofos gübrəsinin satışına tam hazırdır.  

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений