AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Azərbaycanda qarğıdalı və günəbaxan yığımına hazırlıq gedir

Respublika ərazisində 33948 hektar qarğıdalı, 16235 hektar günəbaxan əkilib

Azərbaycan Respublikasında taxıl yığımı artıq başa çatmaq üzrədir. Yığım başa çatdıqdan sonra - avqust ayında qarğıdalı və günəbaxan sahələrinin biçininə və yığımına başlanması nəzərdə tutulub.

Artıq ölkə ərazisində yığım mövsümünə başlamaq üçün hazırlıq işləri həyata keçirilir. Bu dövrdə qarğıdalı sahələrinin biçini və yığımı üçün  “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin istifadəsində olan kombaynlar yeni mövsümdə istifadəyə hazırlanıb. Hazırda qarğıdalı məhsulunun yığılması üçün 39 ədəd, günəbaxan məhsulunun yığımı üçün isə 8 ədəd kombayna birləşdirilən xeder ayrılıb. Qeyd edək ki, “Aqrolizinq” ASC-nin təchizat bazalarında 40 ədəd yem-qarğıdalı xederi, 9 ədəd yem-günəbaxan xederi mövcuddur. Qarğıdalı və günbaxan istehsalı ilə məşğul olan sahibkarlar, fermerlər və təsərrüfat subyektləri bu texnikaları lizinq yolu ilə satın alaraq istifadə edə bilərlər.

Ümumilikdə Respublika ərazisində 8 iqtisadi rayon üzrə 33948 hektar qarğıdalı, 16235 hektar günəbaxan əkilib.

Xəbərlər
2019-08-15
“Aqrolizinq” mövsümdən əvvəl ammofos gübrəsinin satışına hazırdır
ətraflı oxu
2019-07-25
Azərbaycanda qarğıdalı və günəbaxan yığımına hazırlıq gedir
ətraflı oxu
2019-07-24
Azərbaycanda bu günədək 3116469 ton taxıl yığılıb
ətraflı oxu
2019-07-17
Azərbaycanda bu günədək 3086495 ton taxıl yığılıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений