AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Şamaxı rayonu ərazisində 32018 hektar taxıl sahəsi biçilib

Respublika ərazisində taxıl bikini uğurla davam edir. 2019-cu il üçün Şamaxı rayonu ərazisində ümumilikdə 41779 hektar taxıl sahəsi əkilib ki, bunun 29568 hektarını buğda, 12121 hektarı isə arpa əkini sahəsi təşkil edir.

Biçin mövsümü başlayandan 8 iyul tarixinə qədər ümumilikdə 32018 hektar taxıl sahəsi biçilib ki, bunun 10479 hektarı arpa, 21539 hektarı isə buğda sahəsidir.

İyul ayı ərzində Şamaxı rayonunun taxıl sahələrində biçinin sürətli həyata keçirilməsini təmin etmək məqsədi ilə biçinə həm Aqrolizinq ASC-nin Şamaxı rayon bölməsinə, həm də digər rayon bölmələrinə məxsus 223 ədəd taxılbiçən kombayn cəlb edilib.

Hazırda rayon ərazisində taxıl biçini davam edir.

Qeyd edək ki, fermer təsərrüfat sahiblərinə və sahibkarlara məxsus taxıl sahələri son sümbülünə qədər yığılacaq.

Xəbərlər
2019-07-17
Azərbaycanda bu günədək 3086495 ton taxıl yığılıb
ətraflı oxu
2019-07-16
“Aqrolizinq” ASC-nin regional nümayəndəlikləri karbamid gübrəsi ilə təmin olunur
ətraflı oxu
2019-07-08
Şamaxı rayonu ərazisində 32018 hektar taxıl sahəsi biçilib
ətraflı oxu
2019-07-08
SON MƏLUMAT: Azərbaycanda 2768652 ton taxıl yığılıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений