AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


Qobustan rayonu ərazisində 12016 hektar taxıl sahəsi biçilib – Son məlumat

Respublika ərazisində taxıl bikini uğurla davam edir. 2019-cu il üçün Qobustan rayonu ərazisində ümumilikdə 31640 hektar taxıl sahəsi əkilib ki, bunun 22258 hektarını buğda, 9382 hektarı isə arpa əkini sahəsi təşkil edir.

Biçin mövsümü başlayandan 5 iyul tarixinə qədər ümumilikdə 12016 hektar taxıl sahəsi biçilib ki, bunun 7250 hektarı arpa, 4766 hektarı isə buğda sahəsidir.

Qobustan rayonunun taxıl sahələrində biçinin sürətli həyata keçirilməsini təmin etmək məqsədi ilə Qobustan Regional Nümayəndəliyinin istifadəsində olan 11 ədəd, Cəmiyyətin digər bölmələrinə məxsus 8 ədəd taxıl biçən kombayn biçinə cəlb edilib.

Hazırda rayon ərazisində taxıl biçini davam edir.

Qeyd edək ki, fermer təsərrüfat sahiblərinə və sahibkarlara məxsus taxıl sahələri son sümbülünə qədər biçilərək yığılacaq.

 

Xəbərlər
2019-12-16
Şəkidə fermerlərə müasir becərmə texnologiyası nümayiş olunub
ətraflı oxu
2019-12-06
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb - FOTO
ətraflı oxu
2019-11-25
Bu həftə 12 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-25
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений