AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


AZƏRBAYCANDA BU GÜNƏDƏK 681181 HEKTAR SAHƏDƏ TAXIL BİÇİNİ APARILIB - OPERATİV MƏLUMAT

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir. 

İyunun 27-nə olan operativ məlumata görə, ölkə ərazisində 681181,1 hektar ərazidə taxıl biçini aparılıb, 309621,35 hektar ərazidə arpa, 371559,75 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2182105 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32 sentner təşkil edir.

  Bərdə, Zərdab, Ucar, Yevlax, Sabirabad, Saatlı, Salyan, Biləsuvar, Kürdəmir, Ağdam, Tərtər, Balakən, Qax, Neftçala, İmişli, Füzuli və Masallı rayonlarında arpa biçini başa çatıb. Beyləqan, Cəlilabad, Göyçay rayonlarında arpa biçini başa çatmaq üzrədir. Goranboy ərazisində arpa əkilmiş 13449 hektar sahənin 13339 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29 s/ha təşkil edir. Göyçay ərazisində arpa əkilmiş 6851 hektar sahənin 6824 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 30,5 s/ha təşkil edir. Şəki, Hacıqabul, Ağsu, Ağdaş rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

 

Rayon

Arpa sahəsi, ha

Biçilmiş sahə, ha

Məhsuldarlıq, s/ha

Neftçala

31404

31404

27,5

Şəki

21626,3

21150

34,3

Sabirabad

9600

9600

37,7

Zərdab

5730

5730

30,6

Yevlax

5082,5

5082,5

29,0

Cəlilabad

4509,1

4460

35,2

Bərdə

2601

2601

38,9

Beyləqan

1765

1760

29,2

Ağsu

16036

15740

31,0

Biləsuvar

14900

14900

30,9

Hacıqabul

11008

9967

30,0

Goranboy

13449

13339

29,0

Göygöl

2377

1974

25,1

Şamaxı

11491

9530

17,0

İsmayıllı

6173

4097

32,2

Şabran

4981,5

4486

24,0

Qəbələ

4400

4200

32,0

Samux

3681,5

3676

34,7

Xaçmaz

5786

5220

30,5

Xızı

1949

1938

17,0

Qax

2881

2881

26,1

Masallı

2786

2786

21,4

Füzuli

8505

8505

29,0

Ağdam

2215

2215

35,5

Tərtər

3815

3815

33,7

İmişli

6322

6322

34,2

Göyçay

6851

6824

30,5

Salyan

9917

9917

34,2

Ağdaş

11630

11372

24,2

Saatlı

5822

5822

36,2

Siyəzən

2516

2467

27,6

Balakən

457,7

457,7

28,7

Cəbrayıl

550

550

30,5

Ucar

7716

7716

26,7

Zaqatala

3360

2859

27,7

Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений