AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


QAXDA AZOT GÜBRƏSİNİN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SƏYYAR SATIŞI KEÇİRİLİB

Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayilli, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ağstafa, Qusar, Xızı, Samux rayonlarının ardınca növbəti səyyar satış aprel ayının 10-da Qaxın Güllük kəndində baş tutub. Güllük kəndi Qax aqroservisindən 45-50 km uzaq məsafədə yerləşir. Səyyar satışda 30 vətəndaşa  ümumilikdə 23,9 ton mineral gübrə, 10 ton ammofos, 12,5 ton azot, 1,4 ton nitroammofoska gübrəsi satılıb.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

 

Xəbərlər
2019-04-11
QAXDA AZOT GÜBRƏSİNİN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SƏYYAR SATIŞI KEÇİRİLİB
ətraflı oxu
2019-03-04
GÖYÇAYDA AZOT GÜBRƏSİNİN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SƏYYAR SATIŞI HƏYATA KEÇİRİLİB
ətraflı oxu
2019-03-04
COCUQ MƏRCANLI KƏNDİNİN SAKİNLƏRİ PULSUZ MİNERAL GÜBRƏLƏRLƏ TƏMİN OLUNUB
ətraflı oxu
2019-02-27
GÖYÇAYDA AZOT GÜBRƏSİNİN NÖVBƏTİ SƏYYAR SATIŞI HƏYATA KEÇİRİLƏCƏK
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений