AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


GÖYÇAYDA AZOT GÜBRƏSİNİN NÖVBƏTİ SƏYYAR SATIŞI HƏYATA KEÇİRİLƏCƏK

Fevral ayından etibarən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlayıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Fermer təsərrüfatlarının azot gübrəsi ilə təmin olunması məqsədi ilə ilk belə səyyar satışlar Şəki və Oğuz  rayonlarında təşkil edilib. Səyyar satışlar uzaq məsafədə yerləşən digər kəndlərdə də davam etdirilir. Martın 1-də növbəti səyyar satış Göyçay rayonun Qarabaqqal kəndində, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binası qarşısında keçiriləcək. Bu kəndə yaxın Qaraməryəm, Bığır, Qaraman, Ləkçıplaq, Hacalı, Qarayazı, Cəyirli kəndlərinin sakinləri də səyyar satışdan yararlana biləcəklər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Göyçay rayonu üzrə +99450 381 73 38 (Elçin İsmayılov Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xəbərlər
2019-03-04
GÖYÇAYDA AZOT GÜBRƏSİNİN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SƏYYAR SATIŞI HƏYATA KEÇİRİLİB
ətraflı oxu
2019-03-04
COCUQ MƏRCANLI KƏNDİNİN SAKİNLƏRİ PULSUZ MİNERAL GÜBRƏLƏRLƏ TƏMİN OLUNUB
ətraflı oxu
2019-02-27
GÖYÇAYDA AZOT GÜBRƏSİNİN NÖVBƏTİ SƏYYAR SATIŞI HƏYATA KEÇİRİLƏCƏK
ətraflı oxu
2019-02-25
OĞUZDA AZOT GÜBRƏSİNİN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SƏYYAR SATIŞI HƏYATA KEÇİRİLİB
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений