AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


AZOT GÜBRƏSİNİN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SƏYYAR SATIŞINA BAŞLANILIB

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə yerindəcə güzəştdən yararlanaraq, azot gübrəsi əldə edə biləcəklər.

Regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəki və Oğuz  rayonlarından start verilib.

Mövsüm başa çatmamış əhalinin azot gübrəsi ilə təmin olunması ilə əlaqədar, ilk səyyar satışlar fevral ayının 22-də Şəkinin Aşağı Göynük, fevral ayının 23-də isə Oğuz rayonun Xaçmaz kəndində həyata keçiriləcəkdir. Adları qeyd edilən bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana biləcəklər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

 

Səyyar satış barədə ətraflı məlumat almaq üçün:

 

Şəki rayonu üzrə +99455 781 55 88 (Nürəddin İbrahimov Şəki Dövlət Aqrar İnkişaf Mərkəzi direktorunun müavini),

 

Oğuz rayonu üzrə +99470 223 75 28 (Azad Əliyev Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) nömrələri ilə əlaqə saxlaya bilərlər.

Səyyar satış məkanına yaxın ətraf kəndlərin siyahısı

 

   

Rayon

Səyyar satış təşkil ediləcək məntəqə

 Ən yaxın kəndlər

Şəki rayonu

Aşağı Göynük, Şəki-Zaqatal şosesinin yaxınlığı, Ruzi marketin yanı.

Baş GöynükBaş ŞabalıdBaş Layısqı, Şin, Cunud, Qumux, İnçə, Zunud, Aşağı Şabalıd, Birinci Biləcik, İkinci Biləcik, Baqqal, Cumakənd, Aşağı Layısqı, Mərdanlı, Abbaslı

Oğuz rayonu

Xaçmaz kəndi, Məişət evinin qarşısı

Sincan, Tərkeş, Mollalı, Filfilli, Xaçmaz qışlaq, Dəmədaşğlı

 
Xəbərlər
2019-09-19
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üç istiqamətdə səyyar satış xidməti göstərir
ətraflı oxu
2019-09-18
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir - FOTO
ətraflı oxu
2019-09-16
Bölgələrdə mineral gübrələrin səyyar satışı davam edir
ətraflı oxu
2019-09-16
Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений