AZE | ENG
e-Aqrolizinq Güzəşt üçün ərizə vermək
Naviqasiya Menyusu


MEXANİZATORLAR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİMLƏR TƏŞKİL OLUNUR

MEXANİZATORLARIN NƏZƏRİNƏ!!!

 

Hər il olduğu kimi bu il də fevral, mart, aprel aylarında “Aqrolizinq” ASC-nin Yevlax Regional Nümayəndəliyinin nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində Claas Dominator 130, New Holland TC 4.90, Sampo 20165 markalı taxılyığan kombaynları idarə edəcək operatorlar (mexanizatorlar) üçün, ödənişsiz (gecələmə, qidalanma daxil) təlimlər təşkil olunacaqdır. 

Təlimlərin keçirilməsində əsas məqsəd mexanizatorlar tərəfindən kombaynlara düzgün texniki xidmətin göstərilməsi, onların üzərində nizamlama işlərinin, qaydalarının və istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılmasının öyrədilməsidir.

Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqrolizinq” ASC-nin nümayəndə heyəti tərəfindən video görüntülü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada tədris olunur. Təlimdə iştirak etmiş hər bir operatora (mexanizatora) sertifikat təqdim edilir. Nəzərinizə çatdıraq ki, sertifikatı olmayan mexaniztorlarla “Aqrolizinq” ASC tərəfindən icarə müqavilə bağlanılmayacaq.

Təlimlərdə iştirak etmək üçün (051) 255 92 63 (Novruzov Maqsud, Texniki xidmət işlərinin təşkili sektorunun mütəxəssisi) nömrəsi ilə əlaqə saxlayıb, tələb edilən sənədləri(şəxsiyyət vəsiqəsi, müvafiq kateqoriyaya uyğun sürücülük vəsiqəsi və əlaqə nömrəsi) 25 fevral 2019-cu il tarixədək n.maqsud@agrolizing.gov.az e-mail ünvanına göndərə bilərsiniz.

Xəbərlər
2019-11-19
Bu həftə 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-18
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb
ətraflı oxu
2019-11-07
Bu həftə 13 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
ətraflı oxu
2019-11-04
İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 4400 vətəndaş yararlanıb
ətraflı oxu
Copyright 2010 AGROLIZING! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır счетчик посещений